Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Deyirlər, bacısı rəhmətə gedib oynayır, oxuyur”

“Deyirlər, bacısı rəhmətə gedib oynayır, oxuyur”

“3 ildir bacım onkoloji xəstəlikdən əziyyət çəkirdi. Həyatdolu idi. Ona baxan deməzdi ki, xəstəlikdən əziyyət çəkir”.

Bu sözləri müğənni Aynur Dadaşova “Həmin Zaur” proqramında deyib. Bacısını itirən sənətçi 7 aydan sonra efirə çıxıb. O bildirib ki, həkimlər bacısı üçün vaxt qoyublarmış:

“Ailədə həkimlərlə mən görüşürdüm. Dedilər ki, bədəndə 20 faiz yer qalıb. Bədəni çürüyürdü. Həkim dedi ki, kimyaterapiya etsin, yaxşı olacaq. Bacım əməliyyatdan sonra istəmədi. Həkim dedi, kimyaterapiya etsə, yaralar olmayacaq. Amma etsə də, ömrünün az qaldığını söylədi”.

Dadaşova sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:

“Deyirlər, bacısı rəhmətə gedib oynayır, oxuyur. Hamımız bu həyatda qonağıq. Nə yaşayıram bilmirlər. Adamın yarasına duz səpməzlər”. Axsam.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …