Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Deputatlığa namizədlər seçkidə nə qədər xərclədilər? – “Hər şeyi öz pulumuzla etdik”

Deputatlığa namizədlər seçkidə nə qədər xərclədilər? – “Hər şeyi öz pulumuzla etdik”

Milli Məclisə başa çatan seçkilərlə bağlı hələ oktyabrın 9-dan start verilən təbliğat-təşviqat kampaniyası oktyabrın 31-də yekunlaşdı. Artıq qalib namizədlərin adları açıqlanıb. Bəs 22 günlük seçki marafonuna namizədlər nə qədər vəsait xərcləyiblər?
Modern.az saytı parlament seçkilərində iştirak edənlərdən cavab almağa çalışıb.
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, maliyyə üzrə köməkçisi hesabatı hazırladıqdan sonra bu haqda dəqiq məlumat veriləcək.
“Nə qədər vəsaitin xərcləndiyi yalnız seçki hesabatı təqdim edilən zaman açıqlanacaq”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov isə təbliğat-təşviqat kampaniyasına xərclədiyi vəsaiti açıqlamaqdan imtina edib: “Bu, Amerika seçkisi deyil ki, namizədlərə müəyyən qədər vəsait ayrılsın və bunun hara xərcləndiyinin hesabatı istənilsin. Öz cibimizin pulu ilə hər şeyi etmişik”.
Artıq deputat elan edilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, seçki təbliğatına 2600 manat xərcləyib. “Bu, əsasən plakatlara və seçki qərargahının tutulmasına xərclənilib”.
Digər qalib, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, onun seçki təbliğatı zamanı çox az pulu çıxıb: “Əsasən plakatlara və çap məhsullarına vəsait xərcləmişik. Digər işləri isə dostlarımın köməyi ilə həll etmişik”.
İlk dəfə deputat seçilən politoloq Elman Nəsirov isə Yeni Azərbaycan Partiyasının xətti ilə seçkilərdə iştirak etdiyi üçün təbliğat-təşviqat məsələlərinin partiya xətti ilə reallaşdığını bildirib.
Seçkilərdə məğlub olan əməkdar artist, müğənni Elza Seyidcahan da xərclədiyi vəsaiti açıqlamaqdan imtina edib. O, bildirib ki, bu barədə hesabatı sabah Siyəzən şəhərində keçirəcəyi mətbuat konfransı zamanı açıqlayacaq.
Növbəti dəfə deputat mandatı əldə edən Əli Məsimli qeyd edib ki, maliyyə üzrə nümayəndəsi hesabatı tam hazırlamadığı üçün bu barədə dəqiq danışa bilməcəyk. Lakin o, seçki təbliğatı zamanı o qədər də böyük vəsait xərcləmədiklərini deyib. Çünki buna ehtiyac olmadığını vurğulayıb.
Parlamentin yeni deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli əsas xərcinin şəkillərə və poliqrafiya nəşlərinə çıxdığını deyib. Onun sözlərinə görə, könülllər və dostları bu işdə ona təmannasız yardım ediblər və 200-250 nəfərlik komandası ilə seçki təbliğatını reallaşdırıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın