Ana səhifə / Şou Biznes / Deputatlığa namizəd müəllimlərin pulu ilə kampaniya aparır – Etiraz

Deputatlığa namizəd müəllimlərin pulu ilə kampaniya aparır – Etiraz

YAP-ın İmişlədəki namizədi, İmişli rayon Təhsil Şöbəsinin müdiri seçkini bəhanə edib direktor və müəllimlərdən pul yığır

İmişli müəllimlərindən YAP-ın namizədinə ağır ittiham: «Ramiz Əmirov əlavə dərs saatlarına görə müəllimlərdən 40 min manat, direktorlardan isə 6 min manat pul yığıb».

İmişlidən AzFakt.com-a daxil olan məlumata görə rayon təhsil şöbəsinin müdiri YAP-ın 80 saylı Beyləqan- İmişli dairəsindən deputatlığa namizəd Ramiz Əmirov seçki bəhanəsi ilə məktəb direktorlarından pul yığmağa başlayıb.

Müraciət edən bir qrup müəllim bildirirlir ki, Ramiz Əmirov məktəb direktorlarını yanına çağıraraq müəllimlərə əlavə dərs saatlarının pulunu bütöv şəkildə tələb edib. Təhsil şöbəsinin müdiri direktorlara deyib ki, “YAP-ın namizədi olduğu üçün seçkidə fəal olmalıyam və buna görə seçki təbliğatını aktiv şəkildə aparmaq üçün maliyyə vəsaiti lazımdır”.

Lakin Təhsil Şöbəsinin müdiri artırılmış dərs saatlarının pulunu almaqla kifayətlənməyib, məktəb diretorlarının hər birindən 100 manat əlavə vəsait yığıb. Bildirək ki, imişli təhsil şöbəsinin nəzdində 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1700 yaxın müəllim heyəti çalışır. Rayon məktəblərində çalışan 400-yaxın müəllimin isə dərs saatının arırıldığı bildirilir.

Müəllimlər bildirir ki, məktəb direktorları hər ay artırılmış dərs saatına görə müəəlimlərdən təxminən 80-100 manat arası pul alırlar. Alınan pulun yarı hissəsi direktorlara yarısı isə Ramiz Əmirova çatdığı bildirilir. İndi isə Təhsil şöbəsinin müdiri YAP-ın namizədi olmasını və seçkilərdə “fəal” iştirak etmək üçün əlavə dərs saatılarının pulunu bütöv alıb. Yəni faktiki olaraq əlavə dərs saatlarından və direktorlardan aldığı seçki pulundan Ramiz Əmirov 50 min manat alıb. həmin vəsaitin qeyri-qanuni, yəni rüşvət şəkilində alınmasını bir kənara qoysaq belə, yığılan vəsaitinYAP namizədi tərəfindən seçkiyə sərf olunması heç də inandırıcı deyil.

Hər halda bu fakt arışdırılsa, Ramiz Əmirovun namizədliynin ləğv olunması və məsuliyyətə cəlb olunması üçün ciddi əsaslar ortaya çıxabilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın