Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / Deputatlığa namizəd İsmayıl Ağayev seçicilərlə növbəti görüşünü keçirib – FOTO – VİDEO

Deputatlığa namizəd İsmayıl Ağayev seçicilərlə növbəti görüşünü keçirib – FOTO – VİDEO

60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyi qeydə alınmış İsmayıl Ağayev Çuxanlı kəndində seçicilərlə növbəti görüşü keçirilib.

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, havaşəraitinin yağışlı olmasına baxmayaraq yüzə yaxın kənd sakini namizədlə görüşə qatılıb.

Görüşü giriş  sözü ilə açan şair Ənvər Əhməd namizədin ictimai-siyasi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb. Seçicilər adından Bayram Mikayılov, Əmir Səməndərov, Mirsüleyman Ağayev, Xəzəngül Sadıqova, Şahəli Qədirov çıxış edərək bu illər ərzində qarşılaşdıqları problemlərdən, həlli vacib olan məsələlərdən danışaraq təkliflər irəli sürüblər. Sonda çıxış edən namizəd İsmayıl Ağayev Çuxanlı kəndində yaşan sakinləri 1 noyabrda seçkilərə  gəlib, istədikləri namizədə səs verməyə çağırıb: “Mənə səs versəniz, sizi parlamentdə layiqli təmsil edəcəyəm”.

Vətəndaşlar İsmayıl Ağayevə onları narahat edən məsələlərlə bağlı şikayət ərizələri təqdim ediblər.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın