Ana səhifə / Şou Biznes / Deputatların final proqnozu: “Çempion Portuqaliyadır”

Deputatların final proqnozu: “Çempion Portuqaliyadır”

Futbol üzrə XV Avropa çempionatı artıq final mərhələsinə çatıb. Məlum olduğu kimi finalda Fransa-Portuqaliya milliləri qarşılaşacaq. Bu mötəbər futbol turniri ölkəmizdə böyük maraqla izlənilir.

Final oyununu səbrsizliklə gözləyənlər arasında deputatlar da var.

Millət vəkili Fuad Muradovun proqnozuna görə, Portuqaliya ilə müqayisədə Fransa yığması çox güclüdür.

Deputat qeyd edib ki, Fransa millisi güclü olsa da, final görüşündə Portuqaliya yığması qalib gələrək çempion olacaq.

Milli Məclis üzvü Zahid Oruc Avropa çempionatı başlayan gündən Fransa yığmasının üstünlüyünün açıq şəkildə göründüyünü deyib.

Deputat hesab edir ki, doğma meydan amili Fransaya kömək edəcək.

Millət vəkili Musa Quliyev də Fransanın çempion olacağını düşünür: “Avropa çempionatının Fransada keçirilməsi meydan amili baxımından bu ölkənin şansını artırır”.

Deputat qeyd edib ki, son iki oyunu yüksək səviyyədə keçirdiyi üçün Fransanın qalib olmaq şansları daha çoxdur.

Qeyd edək ki, final qarşılaşması iyul ayının 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AzVision.az

Həmçinin oxuyun

Əməkdar artist toyda aş gətirmək üçün 10 min dollar tələb edib

Ötən gün Azad Azərbaycan Telelviziyasında (ATV) yeni şou veriliş başlayıb. “Üçümüz” adlanan verilişin ilk qonağı …

Bir cavab yazın