Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Deputatlar məşuqələrini işə götürə bilərlər, arvadlarını yox

Deputatlar məşuqələrini işə götürə bilərlər, arvadlarını yox

“The Times” qəzeti yazır ki, Fransa prezidenti Emmanuel Makronun imzaladığı yeni qanun bəzi millət vəkillərinin evinə dava salacaq.
Bu qanun parlament üzvlərinə öz ailə üzvlərini köməkçi və məsləhətçi kimi işə götürməyi qadağan edir.
Modern.az saytı BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Makronun tənqidçiləri prezidenti riyakarlıqda ittiham edirlər. Çünki bundan əvvəl Makron öz arvadı üçün Fransanın birinci ledisi postunun yaradılmasına göstəriş verib.
Məqalədə deyilir ki, onlarca millət vəkili hələ bu qanun imzalanmazdan əvvəl öz həyat yoldaşlarını işdən çıxarıb, lakin 20-dək deputat hələ də qohumlarını işdə saxlayır.
Yeni qanun onu pozanların bir il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro cərimə olunmasını nəzərdə tutur.
Makronun bu qanunu qəbul etməsinə səbəb onun seçki rəqibi François Fillonun öz arvadına və uşaqlarına iş verməklə 1 milyon avronu mənimsəməsi ilə bağlı qalmaqal olub.
Müxtəlif partiyalardan olan millət vəkilləri ən azı ictimai çıxışlarında bu qanuna dəstək bildirsələr də, deputatların bir qismi onun qəbulundan qəzəblidir.
Kiçik partiyaların birindən millət vəkili olan Yannick Favennec öz arvadına katibəsi kimi iş verib.
Onun xanımı deyib ki, Makronun belə siyasəti iyrəncdir.
“The Times” yazır ki, qanun indikindən də sərt ola bilərdi. Məsələn Daxili İşlər Nazirliyinin layihəsində millət vəkillərinin hətta öz məşuqə və sevgililərini də işə götürməsi qadağan olunurdu.
Yeni qanun diggəti yenidən Makronun xanımının üzərinə yönəldib.
Respublikaçı partiyadan millət vəkili Damien Abaddeyib ki, innən belə yalnız bircə ailə üzvünün işləməsinə icazə veriləcək: Brigitte Macron

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın