Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Deputatlar cəfəng işlərlə məşğuldur”

“Deputatlar cəfəng işlərlə məşğuldur”

Martın 3-də Milli Məclisə tövsiyyə olunan yeni qaydalara görə, ölkədə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi hallarına görə cəza tətbiq olunacaq.Belə ki, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq ediləcək. Milli Məclisin Səhiyyə komitəsinin 3 mart iclasında İnzibati Xətalar Məcəlləsinə 215-ci vətəndaşların hüquqlarının pozulması maddəsinə yeni məzmunda 215.3-cü bəndin əlavə edilməsi təklif edilib.

Əlavəyə görə, ixtisaslaşmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulan qaydada göstərilmədiyinə görə 500 manat məbləğində cərimə edilir. Qeyd edək ki, Məcəlləyə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bu təklifi Kafkaznews.az saytına şərh edən 8 saylı poliklinikanın baş həkimi Tamilla Kərimova deyib: “Bu, əsl cəfəngiyyatdır”. “Niyə belə düşünürsünüz?” – deyə soruşduq. “Ona görə ki, Azərbaycan Cinayət Məcəlləsi tibbi yardım göstərilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur”, – deyə baş həkim qeyd edib.

Maraqlıdır, deputatlarımız bunu bilirdilərmi? Milli Məclis üzvü Vahid Əhmədova müraciət etdik. “Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklifləri qəbul edilməlidir. Çünki lazımi tibbi yardım göstərməyən həkimlərlə bağlı çox şikayətlər daxil olur”, – deyə deputat vurğulayıb. “Amma lazımi tibbi yardım göstərilməməsinə görə cinayət məsuliyyəti də düşür”, – deyə xatırlatdıq. “Burda qorxulu heç nə yoxdur”, – deyə V.Əhmədov cavab verdi.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın