Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Deputatın qohumuyla şəkilləri yayılan qadın mətbuatı məhkəməyə verdi

Deputatın qohumuyla şəkilləri yayılan qadın mətbuatı məhkəməyə verdi

Bu günlərdə saytın ünvanına Şəki Rayon Məhkəməsindən hakim Elçin Mehdiyevin imzası ilə bildiriş gəlib. Qafqaznews.az xəbər verir ki, həmin bildirişdə Şəki rayon Cumakənd sakini Şəbnəm İsmayıl qızı Məmmədova Qafqaz Xəbər Agentliyini (eləcə də agentlik nəzdində olan legion.az portalını) məhkəməyə verib. Məhkəmə bildirişində cavabdeh tərəflərdən biri də Şəki rayon Cumakənd sakini Həmzat Cuma oğlu Məmmədov göstərilib. İddiaçı həm agentlikdən, həm də agentliyimizin nəzdində olan Legion.az portalından ayrı-ayrılıqda 100 min manat təzminat tələb edir – yəni, biz ümumilikdə seyfimizdən İKİ YÜZ MİN MANAT çıxarıb bu xanıma verməliyik.

Yaxşı bir el məsəli var: “Olan yerdə can qurban”… Amma niyə verməliyik?

Məsələnin “niyə”si məhkəmədən gələn məktubda bu şəkildə izah olunur : “İddiaçı Məmmədov13383452_1723744004552136_500379006_oa Şəbnəm İsmayıl qızı tərəfindən sizə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir”.1462127541_13101553_10153416211817691_237929396_n-1-kopiya-1

Yəqin ki, oxucularımız da bilmək istərdi – Şəbnəm Məmmədova adlı xanım agentliyimizi niyə məhkəməyə verib və məhz nəyə görə, Şəki RM-nin hakimi bizi Şəkidə keçiriləcək prosesdə görmək istəyir? Axı, bizim fəaliyyət göstərdiyimiz ünvan Şəki yox, Qax yox, Kiş yox… Heç Zaqatala da yox… məhz Bakı şəhəri S.Vəzirov küçəsi 11-dir. Görəsən, hörmətli hakim Elçin Mehdiyev hansı əsasla Şəki Rayon Məhkəməsində iştirakımızı tələb edir? Bu barədə az sonra danışacağıq. İn13162425_1712860525640484_1464299969_ndi isə Şəbnəm İsmayıl qızı Məmmədovanın kim olduğunu oxuculara xatırladaq. Mayın 5-də Bakixeber.az saytına istinadla bir məsələni işıqlandırmışdıq.

Söhbət Şəkinin Baş Göynük Kəndinin sahə inspektoru, polis kapitanı Adil Abdulkərimovun başqasının həyat yoldaşı ilə gəzib ailəsini dağıtması barədə iddiadan gedir. Biz heç bir redaksiya mövqeyi ortaya qoymamış, həmin gəlinin qayınatası Həmzat Məmmədovun sözlərini (etika çərçivəsində redaktələrlə) dərc etmiş, həmin yazıda da H.Məmmədovun gəlini Şəbnəm xanımın mövqeyini işıqlandırmışdıq. Həmçinin, ailə dağıtmaqda ittiham olunan polis kapitanının millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovla yaxın qohum olduğu barədə məlumat əldə etmişdik. Bu məlumatı Ş.Məmmədova da bizimlə söhbətində təsdiqləmişdi.

Oxucular həmin yazıya diqqət etsələr, Şəbnəm xanımın adını etika naminə Şövkət xanım kimi yazmışıq. Şəkillərə qaldıqda isə, bu şəkilləri ilk ictimailəşdirən biz olmamışıq. Lakin xanım bizdən dəfələrlə Qafqaznews.az və Legion.az saytlarındakı yazıları silməyi tələb etmiş, hətta “gəlib özünü redaksiyamızın qarşısında yandıracağını” bəyan etmişdi. Biz o xanıma şəxsi qərəzimi1462127534_13101029_10153416211757691_1551600954_n-1-1z olmadığını demişdik. Həmzat Məmmədov sonradan zəng etmiş və Adil Abdulkərimovun müxtəlif vasitələrlə ona təzyiqlər etdiyini, hətta Şəbnəm Məmmədova vasitəsilə (biz növbəti yazıda da Şəbnəm xanımın əsl adını qeyd etməmişdik) onu tutdurmağa çalışdığını demişdi. Burda söhbət bir qadının şəxsi münasibətlərindən yox, polis işçisinin əməllərindən gedir. Xatırladaq ki, ya deputat Yaqub Mahmudova, ya da başqa əlaqələrinə güvənən həmin polis işçisi Adil Abdulkərimov yalnız əxlaqsızlıqda yox, eyni zamanda şantajda ittiham olunur.

Şəki rayon Baş Şabalıd kənd sakini Fuad Lətifov polis kapitanı Adil Abdulkərimovun onu kirayə qaldığ1462127500_13090516_10153416211787691_1236910021_n-2-1ı mənzildə tanış qadınla tutaraq, şantaj etməsi barədə iddia irəli sürüb.  Dəfələrlə Adil Abdulkərimovun mövqeyini öyrənməyə çalışsaq da, o, bizimlə danışmaq istəməyib. Lakin görünür, Adil Abdulkərimov bizdən başqa yolla qisas almaq istəyir. Bəlkə, deputat qohumuna və ya hansısa imkanlı tanışlarına arxayın olan cənab kapitan hesab edir ki, bizi bu cür qorxuza və ya rayon məhkəməsi səviyyəsində məğlub edə bilər?..скачанные файлы

Qeyd edək ki, bizi bir neçə ay əvvəl Laçının sabiq RİH başçısı Akif Səlimov da məhkəməyə vermişdi. Lakin Laçın Rayon Məhkəməsi icra başçısının nüfuzundan və qəzəbindən çəkinməyərək, bu işi Xətai Rayon Məhkəməsinə göndərmişdi. Olmaya, Şəki Rayon Məhkəməsinin hakimi cənab Elçin Mehdiyev kimlərləsə razılaşıb və onları arxayın edib ki, “qəti narahat olmayın, bu işə necə lazımdır özüm baxacam”?…

Görəsən, bu məhkəmə iddiasından hörmətli akademik, millət vəkili Yaqub Mahmudovun da xəbəri varmı? Bildiririk ki, bu məhkəmə iddiası tamamilə əsassızdır və bunun bizə qarşı Adil Abdulkərimov tərəfindən başladılan kampaniya olduğuna əminik. Məsələ ilə bağlı iyunun 3-də dərc olunan “Şəki lətifəsi: polis polkovniki öz apardığı işdən xəbərsizdir?” başlıqlı yazıdan daha geniş məlumat almağınız mümkündür. Araşdırmalarımız davam edir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın