Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Deputatın həkim əmisi ittihamlara cavab verdi – VİDEO

Deputatın həkim əmisi ittihamlara cavab verdi – VİDEO

Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə bu gecə dünyasını dəyişib.

3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.

Xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb. Açıqlama verən həkim məslənin təfərrüatları barədə məlumat verib.

O xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib. Xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib. (Ans tv)

Məlumat üçün bir daha qeyd edək ki, adı xəstənin ölümündə hallanan həkim Cəfər Quliyev millət vəkili Fərəc Quliyevin əmisidir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın