Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Deputatdan ilginc iddia – İqbal Məmmədovun evindəki xəz geyimlərə dəyən ziyanla bağlı məhkəmə savaşı

Deputatdan ilginc iddia – İqbal Məmmədovun evindəki xəz geyimlərə dəyən ziyanla bağlı məhkəmə savaşı

Bakı  Apellyasiya Məhkəməsində deputat İqbal Məmmədov və digərlərinin “Xalq Sığorta” şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Vüqar Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. Yəni, deputat İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinə müraciət edən İqbal Məmmədov sığorta ödənişinin verilməsi barədə tələb irəli sürüb. Amma məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan İqbal Məmmədov və qeyriləri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Yanan evin tüstüsü millət vəkilini ziyana salıb

“Xalq Sığorta” şirkətindən fins.az-a verilən məlumata görə, məhkəmə mübahisəsi millət vəkilinin evinə dəyən ziyanla bağlı olub. Belə ki, “Sahil Metrostansiyası”nın yaxınlığında yanğın baş verib.İqbal Məmmədov əvvəlcə evini könüllü qaydada “Xalq Sığorta” şirkətində sığortalayıb. Aşağı mərtəbədə yanan evin tüstüsü yuxarı mərtəbədə yaşayan millət vəkilinin evinə 7 min manata kimi ziyan vurub.

“Xalq Sığorta”: “Ev əşyalarını sığortalamayıb, ödəniş istəyir”

Sığorta şirkəti evə dəyən ziyanı təmin etməyə razılaşsa da, millət vəkili evdəki əmlaka dəyən ziyanın ödənilməsini də tələb edib.

Məsələn, sığorta şirkətinin tüstünün zərər vurduğu ev əşyalarına, geyim və xəzlərə dəyən ziyanın qarşılanması da istəyir.

Xalq Sığorta” şirkətindən bildirilib ki, bu əşyalar sığortalanmadığı üçün sığorta ödənişi verilə bilməz. Bakı  Apellyasiya Məhkəməsi də bununla bağlı İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Məsələ ilə bağlı İqbal Məmmədovla əlaqə saxlamağa cəhd olunsa da, bu, mümkün olmayıb.

Xatırladaq ki, İqbal Məmmədov 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib. 

mia.az

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın