Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Deputatdan içki içən xanımlara irad –“Əxlaqa zidd olan hərəkətdir”

Deputatdan içki içən xanımlara irad –“Əxlaqa zidd olan hərəkətdir”

Bu gün 8 martdır. Bu günü Bayram kimi qeyd edən bütün xanımlarımızıı təbrik etməklə yanaşı aşağıdakı məliumata da təəssüflənməmək olmur. Qadının spirtli içki içməsi öz şəxsi işidir və bəyənmədiyim bir əməl olsa da kiminsə bunu öz evində,dost çevrəsində etməsinə qarışmağa haqqımız yoxdur.

Ancaq onların spirtli içki içib sükan arxasına əyləşərək, qəza risqini vecinə almadan polisə və normal vəziyyətdə avtomobil idarə edən vətəndaşlara qarşı meydan oxuması ən yumşaq desək məsuliyyətsizlikdir, ictimai əxlaqa zidd olan hərəkətdir. Elə kişilərin də bu cür hərəkəti məsuliyyətsizlikdr, tərbiyədən kənardır. Qadınlar arasında isə bu cür anormal vərdişin artmasının qarşısını almaq üçün kimliyindən asılı olmayaraq içkili vəziyyətdə yaxalandığı sübut olunan qadınların adlarını onların əlindən əziyyət çəkən polislərimiz mediaya təqdim etməlidir ki, digərləri bu davranışdan ən azı çəkinsinlər. Sərxoş vəziyyətdə saxlanınlanların çoxluğunun qadınlar olması hamımızı cidd narahat etməlidir.

Fazil Mustafa, millət vəkili

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın