Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes / Deputatdan Ermənistana keçmək istəyənlər barədə tələb -“O satqınlar cəzalandırılsın!”

Deputatdan Ermənistana keçmək istəyənlər barədə tələb -“O satqınlar cəzalandırılsın!”

“25 nəfər qəbələlinin düşmən tərəfə keçmək istəməsi mətbuatda göstərildi, amma onlara qarşı hər hansı bir tədbir görülmədi”.
Moderator.az saytı xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev deyib.
 O qeyd edib ki, Cinayət Məcəlləsində dövlətə xəyanət maddəsi ilə onlar cəzalandırılmalı idi:
“Təəssüf edirəm ki, həmin şəxslər haqqında indiyə qədər heç nə görülməyib. Onlara qarşı dövlətə xəyanət işi ilə əlaqədar cinayət işi qaldırılmalıdır. Düşmən tərəfinə arvad-uşağını keçirən şəxsin oğlu bir illiyə tutulub. Yuxarı orqanlara şikayət etmək, məsələ qaldırmaq əvəzinə, düşmən tərəfə keçir. Bununmla bağlı hüquqi prosedurlar edilməlidir. Yoxsa bundan sonra haqsızlıqa üzləşən şəxslər hüquqi prosedurları kənara qoyub, Ermənistan tərəfə keçəcək. Cəzanın da bir xəbardarlıq nöqtəsi var. Satqınlar layiqli cəzasını almalıdır. Onlar içərisində qadın və uşaqlara güzət ola bilər, amma işin təşkilatçılarını elə-belə buraxmaq olmaz. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Spiker Oqtay Əsədov deputatın fikirlərini dəstəkləyərək, bildirib ki, həmin şəxslərin hərəkətinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməlidir.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın