Çərşənbə , İyun 26 2019
Ana səhifə / Şou Biznes / Deputat “halal hotel”lərdən danışdı: “Hotel kolbasadır ki?”

Deputat “halal hotel”lərdən danışdı: “Hotel kolbasadır ki?”

“Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır”.
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük”.
S.Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar:
“Ancaq orada nə niyyətlə, necə qalırlar, heç kim bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir”.
S.Novruzov, həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: “İndi də “halal hotel” reklam edirlər. Reklam edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?”.
Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: “Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq”.

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …

Bir cavab yazın