Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Şou Biznes / Deputat Günelə ev bağışlayıb? – VİDEO

Deputat Günelə ev bağışlayıb? – VİDEO

“Söz-söhbətlər gəzirdi ki, guya mənə hansısa deputat ev bağışlayıb”.

Bu sözləri “Pişik” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova qonaq olduğu MTV-də yayımlanan “Tarixin bir günü” verilişində deyib.

O qeyd edib ki, hazırda yaşadığı evi özü alıb:

“Mən görməmişəm ki, hansısa verilişdə kiməsə nə isə real gətirib bağışlasınlar. Söhbət verilişdə müğənniyə real hədiyyə bağışlamaqdan gedir. Həyatda əlbəttə ki, belə şeylər olur. Bu zamana kimi idarə etdiyim avtomobilləri mənə hədiyyə ediblər. Real həyatda mənə ev də, avtomobil də bağışlayıblar”.
Günel ictimai nəqliyyatdan istifadə edib, efirdə isə yalandan bahalı villasının olduğunu söyləyən həmkarlarından da danışıb:
“Misal üçün mən necə yalandan çıxıb deyim ki, 100 minlik avtomobil, 300 minlik ev almışam. Sənin qadın pərəstişkarın olar, hansısa bir ailənin sevimlisi ola bilərsən, kiminsə xoş günündə gəlib iştirak edə bilərsən. Qarşı tərəf jest edə bilər, bu başqa. Bəzən baxıb görürsən ki, avtobusla gedib-gəlir, efirdə yarım milyonluq villasını nümayiş etdirir. Danışanda da deyir ki, “öz əziyyətimlə bunları almışam”. Bu, necə olur?”.

https://baku.tv/embed/109417

Həmçinin oxuyun

Müğənnilərin yarım saatlıq toy qiymətləri – SİYAHI

Azərbaycanda müğənnilərin toy qiymətləri hər zaman müzakirə mövzusu olub. Son günlər də sosial şəbəkələrdə bu …