Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Deputat dostunun qanunsuz xahişini ictimailəşdirdi: “Əgər istəsən…”

Deputat dostunun qanunsuz xahişini ictimailəşdirdi: “Əgər istəsən…”

Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə dostunun ondan qanunsuz xahişini ictimailəşdirib. Musavat.com xəbər verir ki, deputat yazışmanı Facebook səhifəsində paylaşıb. Yazışmadan dostunun ondan məhz nəyi xahiş etdiyi aydın olmur. Bunu heç Aydın Mirzəzadənin özü də açıqlamayıb. Yazışmanı təqdim edirik:
Dostu: Qəbulunuz bə vaxt olcaq?
Aydın Mirzəzadə: Üçüncü gün, saat 11-də Milli Məclisin qəbul otağında.
– A.A. qəbulunuza gələcək. Xahiş edirəm probleminə kömək edəsiniz.
–  Səlahiyyətim daxilində.
– Səlahiyyət? Ali sovetin deputatları güllənməyə məhkum olanları türmədən çıxarmağa qadir idilər. Nəinki…
– Biz hüquqi dövlətdə yaşayırq. SSRİ hüquqi dövlət deyildi, o “telefon” hüququ ilə idarə edilən dövlət idi. Mənim parlament üzvü kimi dəqiq göstərilmiş səlahiyyətim var və ondan kənara çıxmaq fikirndə deyiləm.
– Elə düşünün ku, sizinlə çiyin çiyinə oxumuş azərbaycanlı qardaşların xahişini həll edirsiz. A.A.Saat 12-də yanınızda olacaq
– Mən istənilən adama kömək etməyə hazıram, ancaq səlahiyyətim daxilində.
– Səlahiyyətin istənilən səviyyədə ola bilər əgər istəsən… Əlbəttə ki, bağrıma basıb öpürəm və varlığından qürur duyuram.
– Xeyr, səlahiyyətin dəqiq sərhəddi var.
– Siz lap əmim oğlu kimi – mən kadr məsələlərinə qarışmıram.
– Ona görə də o hörmətdədir.
– Ona görə yox, əmim oğlu başqalarının afına kitab bağladığı üçün hörmətdədir. Xahiş edirəm yolunuz Mingəçevirə düşəndə bu xətlə A.A-nı qəbul edəcəyinizi bizə bildirməyinizi xahiş edirəm.
– Səhvin var, kitab yazanlar və bağışlayanlar çoxudr, ancaq öz ləyaqətini qoruyanlar və boyundan yuxarı tullanmayanlar isə azdır. Mən Sizin bir xahişinizə görə öz həyat prinsiplərimin və illərnən qoruduğum ləyaqətimin üstündən xətt çəkə bilmərəm. Mən adımı ona görə qorumamışam ki, kiminsə qohmunun hansısa bir problemini düz oldu-olmadı həll ediim.
Qohumunuzu ona görə qəbul etmirəm ki, Siz xahiş etdiniz. Ona gərə qəbul edirəm ki, o qəbula gəlib və o mənim üçün yüzələrnən gələnlərdən biridir. Mümkün olacaq kömək edəcəm, mümkün olmayacaq izah edəcəm gedəcək.
Yazışmanın Aydın Mirzəzadənin açıqladığı hissəsi burada bitir. Ona görə də, söhbətin məhz nədən getdiyi anlaşılmır. 
Musavat.com

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın