Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Demet Akalın azərbaycanlı FHN-çilərin fotosunu paylaşıb, təşəkkür etdi – FOTO

Demet Akalın azərbaycanlı FHN-çilərin fotosunu paylaşıb, təşəkkür etdi – FOTO

Türkiyəli müğənni Demet Akalın Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında həmyerlilərimizin fotosunu paylaşaraq, “Azərbaycan ikinci çevik xilasetmə qüvvələrini Türkiyəyə göndərdi. Mənim qınalı quzularım canım Bakı, təşəkkürlər”, – sözlərini yazıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri artıq qardaş ölkədədirlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …