Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Şou Biznes / Demet Akalın Aygündən oğurluq edib? – Star TV-dən iddia

Demet Akalın Aygündən oğurluq edib? – Star TV-dən iddia

Türkiyənin məşhur maqazin verilişində şok iddia irəli sürülüb. “Qafqazinfo” xəbər verir ki, Star TV-də yayımlanan “Duymayan kalmasın” proqramı Demet Akalının son “Damga damga” klipinin Kazımovanın konsert anonsunun plagiatı olduğu iddia edilib. 

“Oğurluq klip” iddiası ətrafında müzakirə təşkil olunub, iki ekran işi barədə sujet təqdim edilib. Bildirilib ki, məsələni guya Azərbaycan qəzetləri ortaya atıb.

Sujetdə Aygün Kazımovanın Demetdən daha cəsarətli və dəbdəbəli geyindiyi qeyd olunub.

Verilişin moderatorlarından biri Seren Serengil müzakirənin mənasız olduğunu bildirib:

“Müzakirə mənasızdır. Vaxtımızı boşuna xərclədik. Sonsuzluq, qayalıq, çöl əraziləri bir çox məşhurun klipində yer alıb. Burada sadəcə bənzərlik qaya və buludlardır. Aygün Kazımovanın da klipi çox gözəldir. Demetin heç bundan xəbəri yoxdur. Buradan bütün qardaşlarımızı salamlayıram, onların mahnılarından ötrü ürəyim gedir”.

Digər şərhçi Cengiz Semercioğlu isə iki ekran işində bənzərliyin olmadığını deyib:

“100 fazidən cəmi 3 faiz bənzərlik var. Bunun kimi 10 klip var. Aygün Azərbaycanın sevimli ulduzudur. Azərbaycan qəzetləri belə bir şey yazıb”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …