Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Şou Biznes / Dekan özünü dənizə atan qızdan nələr dedi?

Dekan özünü dənizə atan qızdan nələr dedi?

Onun intihar etməsinin imtahandan kəsilməsi ilə heç bir əlaqəsi yoxdur. Bildiyim qədər, bu qızın ailəsində problemlər olub və istintaq hadisəni daha dəqiq araşdıracaq.

 

Bu sözləri Axar.az-a Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin dekanı Aftandil Ağababa fakültənin 1-ci kurs tələbəsi Rumiyyə Qasımovanın özünü dənizə ataraq öldürməsindən danışarkən deyib.

 

Dekan R.Qasımovanın imtahandan kəsilən tələbələrdən biri olduğunu təsdiqləyib:

 

“Ancaq bu o demək deyil ki, hər imtahandan kəsilən tələbə intihar etməlidir?! Üç kallukum imtahanı verib və ortadan aşağı nəticə göstərib.

 

Bilirsiniz ki, tələbə nəticədən narazı qalanda apelyasiya şikayəti verə bilər. Çünki bizdə Boloniya sistemidir. Odur ki, onun özünü imtahandan kəsilməsinə görə öldürməsi doğru deyil. Sadəcə, eşitdiyimə görə ailədə problemləri var imiş”.

 

A.Ağbaba bildirib ki, R.Qasımova intihar etdiyi gün tələbə yoldaşları ilə birlikdə imtahandan çıxıb və hara getdiyini heç kəsə deməyib:

 

“Ailəsi bir müddət olardı ki, Lerikdən Saray qəsəbəsinə köçmüşdü. Sakit bir tələbə kimi xatırlayıram. Amma hər zaman cəmiyyətdən bir narazılığı vardı. Məsələn, kallukumun səhər saat 9-un yarısında başlanmasından şikayət edirdi. Deyirdi ki, Saraydan gəlirəm, yol uzaqdır. Amma imtahana görə intihar etməyib. Çünki bu halda tələbə universitetdən qovulmur.

 

Bizdə imtahanlar həmişə şəffaf keçib. Hətta bir valideyn gəlmişdi. Övladı əvvəlcə bir imtahandan 2 almışdı, digərindən isə yüksək nəticə. O da təşəkkür edirdi ki, belə şəffaf imtahan keçirilir. Rumiyyənin intiharını eşidib çox kədərlənmişdi”.

 

Dekanı tələbəsinin intiharından çox sarsıldığını qeyd edib və ailəsinə səbir diləyib. O, istintaqın obyektiv aparılacağına inandığını qeyd edib.

Həmçinin oxuyun

“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR

Rəqqasə Renka: “Öləndə yanında olmadığım üçün özümü bağışlaya bilmirəm” “Bir müddət öncə keçmiş evliliyimlə bağlı fotoları …

Bir cavab yazın