Ana səhifə / Şou Biznes / Damlanın klipi “Youtube”dan silindi – 4 milyon baxılmışdı

Damlanın klipi “Youtube”dan silindi – 4 milyon baxılmışdı

Müğənni Damlanın başına iş gəlib.Sənətçinin avqustun əvvəlində təqdim etdiyi “Sevmişdim” adlı klipi “Youtube”dən silinib. 
Buna səbəb ifaçının müəllif hüquqlarını pozması olub.  Belə ki, söz və musiqisi İlkin Həsənə məxsus mahnını ilk dəfə İradə Mehri 2016-cı ildə ifa edib və rəsmi hesabında paylaşıb.
Damla həmkarından icazə almadan mahnını ifa edib, klip çəkdirib. İradənin “Youtube”a müraciətindən sonra sözügedən layihə sosial şəbəkədən silinib.
Damla isə məsələylə bağlı “Youtube”a müraciət etdiyini, tezliklə məsələnin həll olunacağını bildirib.
Xatırladaq ki, ekran işini 4 milyona yaxın insan izləmişdi. (Qafqazinfo)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …