Şənbə , Yanvar 29 2022
Ana səhifə / Şou Biznes / Damlanın bu paylaşımı tənqid olundu (FOTO)

Damlanın bu paylaşımı tənqid olundu (FOTO)

Müğənni Damlanın sosial şəbəkə hesabındakı paylaşımı tənqid edilib.
Sənətçi qolunu kəsici alətlə kəsərək “Damla” yazan fanatına aid şəkli yayımlayıb. İfaçı pərəstişkarına müraciət edərək, bunları yazıb:
“Damla fanatları, sizi belə görmək istəmirəm. Can Allahın əmanətidir. Belə etməklə məni üzürsünüz. Bu fanatımla mütləq görüşəcəm”.
Damlanın sözügedən paylaşımı sosial şəbəkədə yayılaraq, tənqid hədəfinə çevrilib. İstifadəçilər bu cür şəklin yayımlanmasını düzgün hesab etməyib.
Damla daha sonra paylaşımını silib. 

Həmçinin oxuyun

Azərbaycanda ilk: müğənni onu söyənlərə mahnı ilə cavab verdi – Video

Tanınmış müğənni Luna “Dərya” adlı yeni klipini təqdim edib. O, reper Aslixanla birlikdə duet oxuyub. …