Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / Damla Talıbovdan bahalı hədiyyə və yüksək məbləğdə qonorar alıb? – Açıqlama

Damla Talıbovdan bahalı hədiyyə və yüksək məbləğdə qonorar alıb? – Açıqlama

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Seymur və Rza Talıbovların müğənnilərə bahalı hədiyyə və yüksək məbləğdə qonorar verməsi haqqında xəbərlər yayılıb. Onların sırasında müğənni Damlanın da adı çəkilir. Seymur Talıbovun Damlaya konserti müqabilində yüksək qonorar verdiyi iddia olunur.

Damlanın meneceri Şəhriyar Abışov Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib.
“Biz o adamı tanımırıq. Naxçıvanda “Saat Meydanı”nda konsertimiz olub. Konsert təşkilatçılar vasitəsiylə həll edilib, qonorar da ənənəvi qaydada verilib. Bir günlük konsert proqramı ilə çıxış etmişik və qayıtmışıq. Ümumiyyətlə, biz onu tanımırıq. Bizdə telefon nömrəsi belə yoxdur. O adamla üz-üzə də gəlməmişik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Missiya.az saytında Vasif Talıbovun övladlarının Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırdığı vurğulanıb. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Damlanın Naxçıvanda konserti bu ilin iyun ayında baş verib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …