Şənbə , Aprel 4 2020
Ana səhifə / Şou Biznes / “Damla nə oxuyur bilinmir, adamı söyərlər e…”

“Damla nə oxuyur bilinmir, adamı söyərlər e…”

“Bunlar oxuyanda sözləri başa düşmürsən, bilmirsən nə oxuyurlar. Axı belə olmaz, toyda getsinlər istədikləri mahnını oxusunlar, amma efirdə Ələkbər Tağıyevdən, Xan əmidən  oxumaq lazımdır”

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. 

Ə.Mirəliyev efir qadağası qoyulan müğənniləri ifalarına görə “topa tutub”:

“Azərbaycan musiqisini oxumayan, toy bazarını efirə gətirən müğənnilərə qadağa qoyulmasına ehtiyac var idi, bunu düz elədilər. Amma təkcə bununla iş bitmir, bizim digər kanallarımızda da belə qadağalar həyata keçirilməlidir. Bunları oxuyanda sözləri başa düşmürsən, bilmirsən nə oxuyurlar. Axı belə olmaz, toyda getsinlər istədikləri mahnını oxusunlar, amma efirdə Ələkbər Tağıyevdən, Xan əmidən  oxumaq lazımdır. 

Məsələn, Damla nə oxuyur bilinmir, buna görə adamı söyərlər e. Bu gün Azərbaycan musiqisini ayaqlayıblar. Düzdü, muğam sənətimiz inkişaf edir, buna böyük diqqət və qayğı var, amma mahnı janrı bərbad vəziyyətdədir. Xalqın musiqisi xalqın kimliyini, adət-ənənəsini təmsil edir. Bizim o qədər tanınmış bəstəkarlarımızın əsərləri var, niyə bunların üstündən xətt çəkib bayağı mahnılar ifa edirlər. Bunların ifası da, danışıqları da bərbaddı. Bizim keçmiş diktorlarımızın danışıqlarına baxıb öyrənsinlər”. 

Həmçinin oxuyun

Şou-biznes əhlinin ev halı – Fotolar

Dünyada yayılan koronavirus infeksiyası ilə əlaqədar insanların çox hissəsi evdə otururlar. Buna görə də sosial …