Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Damla Fədayə Laçınla “Qoca”dan danışdı: “Dastanlara yazılan sevgi tarixçəsi idi”

Damla Fədayə Laçınla “Qoca”dan danışdı: “Dastanlara yazılan sevgi tarixçəsi idi”

Müğənni Damla “Qoca” kimi tanınan Etibar Məmmədova həbsdən qaçmasına köməklik etməkdə ittiham olunaraq ilə saxlanılan Fədayə Laçın haqqında fikirlərini bildirib.

Müğənni şəxsi İnstagram-ın profilinfə Fədayə barədə bunları yazıb:

“Günlərdə bu ağrılı, acılı sevgi dramının bitməsi məni də üzdü. O, eşq qadını olduğu üçün onu anlayıram. Qanun qanundur. Buna sözüm yoxdur. Hər kəs qanun qarşısında cavab verməlidir. Amma buna dastanlara yazılan sevgi tarixçəsi deyərdim. Hər kəs qınayır, hər kəs üzücü şərhlər yazır. Etməyin dostlar. Onun da oğul balası var. Heç kəs sabahından sığortalı deyil. Mütləq ki, o şərhləri oxuyur.

Başqasına dil uzatmaq bu qədərmi asandır? Hər kəs öz qismətini yaşayır. Hər dəfə Instagram-a girən kimi uşaq kimi göz yaşlarıma hakim ola bilmirəm. İçim parçalanır. Sanki zamanında bu mahnını özü üçün oxuyub. Canım yanır, Allah ailəsinə səbr, dözüm versin. Allah Fədayə xanıma yardım etsin”.(baku.ws)

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …