Ana səhifə / Şou Biznes / “Damla əxlaqsızdır…üç min manata…” — HƏMKARINDAN SƏNƏTÇİYƏ SƏRT İTTİHAMLAR

“Damla əxlaqsızdır…üç min manata…” — HƏMKARINDAN SƏNƏTÇİYƏ SƏRT İTTİHAMLAR

Damlanın müğənni İradə Mehrinin bir neçə il öncə oxuduğu “Sevmişdim” adlı mahnını icazəsiz ifa etməsi qalmaqala səbəb olub.
“Ölkə.Az”ın məlumatına görə, İradə Mehri qarşı tərəfin bu addımını əxlaqsızlıq adlandırıb:
“Həmin mahnını üç min manata almışam. Elə əxlaqsız insanların mənim mahnımı oxumağını istəmirəm. Faktlar, sübutlar gətirərəm ki, o insan çox əxlaqsızdır. Pul verib mahnı almışam, oxumuşam, partlatmışam. Bu sənətə kiminsə mahnısıyla gəlməmişəm. Mahnını sənətə yeni başlayan insan oxusaydı, halallıq verərdim. Sən bu qədər acizsənmi, imkansızsanmı? Hörmətsiz insan mənim mahnımı oxuya bilməz.
İ.Mehri sözügedən mahnının Damlanın ifasında daha çox sevilməsinə də münasibət bildirib:
“Düz deyirsiniz, onun ifasında sevildi. Sizə əxlaqsız lazımdırsa, ona qulaq asın. Mənim izləyicilərim özümə bəs edir”.
Qeyd edək ki, “Sevmişdim” adlı mahnının ilk ifaçısı İradə Mehridir.
Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …