Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Daha bir tikinti şirkətində ev fırıldağı – 102 minə aldı…

Daha bir tikinti şirkətində ev fırıldağı – 102 minə aldı…

“İdeal-İnşaat” MMC-nin dələduzluğuna məruz qalmış Bakı şəhər sakini Fuad Nəzərov “Qafqazinfo”ya müraciət edib.

O qeyd edib ki, 2011- ci ildə 102 min dollara sözügedən şirkətdən mənzil alıb: “ 2010, 2011 və 2012- ci illərdə daha 11 nəfər şəxs də müxtəlif məbləğlərdə pul ödəyərək şirkətdən mənzil alıblar. Ümumilikdə 12 mənzilin alınmasına 3 milyon 500 min dollar məbləğində pul ödənilib. Bina Dilarə Əliyeva küçəsində tikilirdi. Biz pulları şirkətin direktoru İsa Məmmədovla görüşdükdən sonra ödəmişik. Əlimizdə pulu ödədiyimizə dair kassa mədaxil orderləri də var. Dəfələrlə binaya nə vaxt köçəcəyimiz barədə şirkət rəhbərliyi ilə danışımışıq. Onlar hər dəfə müxtəlif vaxtlar deyirdilər. Ən sonda bizə dedilər ki, avqust ayında mənzillərinizə köçəcəksiniz. Biz mənzilin açarları gözlədiyimiz halda Nəsimi rayon məhkəməsindən məktub gəldi ki, guya biz 12 nəfər mənzillərin pulunu ödəməmişik. Bu mümkün deyil. Çünki ödədiyimizə dair fakt var. Məhkəmə sentyabr ayının 11-də keçirdiyi iclasda da bunu təsdiq etdi. Bütün sənədləri məhkəməyə təqdim etdik və onlar da bizim lehimizə qərar çıxardı. Bu dəfə şirkət məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Şirkət rəhbərliyi guya ki mənzillərin pulunu ödəmədiyimizə ssenari də qurub. Guya biz 12 nəfər şəxs Rasim Abbasov adlı şəxsə faizlə pul vermişik. Sonradan pulumuzu qaytarmadığı üçün ona təzyiq etmişik. Bu Rasim də pulumuz qaytarmaq üçün “İdeal İnşaat”la razılaşıb hər birimizə ev götürüb. Pulu da özü qaytaracağına razılaşıb.
Birincisi, biz Rasim Abbasov adlı şəxsi tanımırıq. Onun məhkəməyə gətirilməsini tələb etmişik. 12 nəfərdən birimizi üzdən tanıya bilərmi? İndiki zamanda kim tanımadığı adama ümumilikdə dəyəri 3 milyon 500 min dollar olan pulu faizə verə bilər?

İkincisi, şirkət Rasim Abbasovun mənzillərin onun almasına dair saxta müqavilə də hazırlatdırıb. Nazirlər Kabinetinin qərarına əsasən, eyni nömrədə kassa mədaxil orderi ola bilməz. Amma Rasim Abbasovun adına hazırlanan saxta müqavilədəki kassa mədaxil orderinin nömrəsi “Axu-17” dir. Şirkətdən mənzil alan Quliyeva Malinanın adına olan müqavilə də eyni nömrədədir. Üstəgəl 12 nəfər zərərçəkənin adına olan kassa mədaxil orderi Maliyyə Nazirliyinin rəsmi şəkildə lisenziya verdiyi “ Novruz-94” adlı şirkət tərəfindən buraxılıb. Amma şirkətin Rasim Abbasov adına buraxdığı orderdə heç bir MMC-nin adı yazılmayıb, saxtadır.

Məsəl ilə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa da müraciət etmişik. Bakı Şəhər Prokurorluğundan bizə dedilər ki, iş məhkəmədə olduğu üçün heç nə edə bilmərik. Mənzillər hələ ki sizin adınızadır. Əgər adınızdan çıxarılsa, biz hərəkətə keçə bilərik. Mən başa düşmürəm ki, hərəkətə keçmək üçün bu qədər fakt bəs deyilmi? Gərək satılsın?

Mənzilimizi əlimizdən almaq istəyirlər. Şirkətdən başqa mənzil almaq istəyənlərə deyiblər ki, yanvarda apellyasiya məhkəməsi bizim xeyrimizə qərar verəcək. Onların adlarına olan mənzilləri ləğv edəcəyik və sizə satacağıq”.

Şikayətçi şirkətlə bağlı müqaviləni, məhkəmənin qərarını, kassa mədaxil orderinin, o cümlədən Rasim Abbasov adına hazırlanan müqavilənin və orderin də sürətini redaksiyamıza göndərib.

Xatırladaq ki, sözügedən şirkətlə bağlı dəfələrlə mətbuatda sakinlər adından şikayətlər işıqlandırılıb. Orada bir mənzilin bir neçə adama satılması faktları müəyyən olunub. Şirkətin təsisçisi İsa Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq o azadlığa buraxılıb. Prezident Administrasiyasının dələduz tikinti şirkətləri ilə bağlı açıqladığı məlumatda da sözügedən şirkətin adı da yer alıb.

Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...
Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...
Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...
Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...
Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...
Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...
Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...
Daha bir tikinti şirkətində ev fırıldağı -  102 minə aldı...

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın