Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Dənizdə hicabla çimmək düzgün deyil” – Hacı Şahin

“Dənizdə hicabla çimmək düzgün deyil” – Hacı Şahin

Azərbaycana bir çox yerlərdən, o cümlədən ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Xüsusən yay aylarında ölkəmizə səfər edən turistlər çimərliklərə və hovuzu olan məkanlara üz tuturlar. Xanımların hicabla dənizdə çimməyi əksər hallarda ironiya ilə qarşılaşır. Dəfələrlə sosial şəbəkələrdə hicabla dənizə girən xanımların görüntüləri paylaşılaraq tənqidi fikirlər səsləndirilib.

Hicabla dənizdə çimmək nə dərəcə düzgündür?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli AzVision.az-a bildirib ki, bir çox müsəlman ölkələrində, o cümlədən Türkiyədə hicablı qadınlar üçün ayrıca çimərliklər var.

“Türkiyədə müəyyən istirahət mərkəzlərində qadınlar və kişilər üçün ayrı çimərliklər fəaliyyət göstərir. Orada hicablı qadınlar adi çimərlik geyiminində dənizdə və ya qapalı hovuzda çimə bilirlər. Örtünmənin qayda-qanunları, şərtləri var. Düzdür, dində bununla bağlı qadağa yoxdur, amma hicabla ümumi çimərlikdə çimmək qeyri-adi görünür deyə onun tərəfdarı deyiləm”.

Haci Şahin Həsənli bildirib ki, ölkəmizdə hicablı qadınlar üçün ayrı çimərliklər yaradılmalıdır: “Hicabla dənizdə çimməyi düzgün hesab etmirəm. Şübhəsiz ki, turizm inkişaf etdikcə, bu məsələlərdə təkmilləşmə aparılacaq. Lazım gələrsə, təlabat olarsa, belə çirməliklər gələcəkdə yaradıla bilər. İndiki halda hicablı qadınların ümumi çimərlikdə çimməyini məqbul saymıram”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın