Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Şou Biznes / Dəri xəstəliklərindən qoruma üsulları

Dəri xəstəliklərindən qoruma üsulları

Bir çox uşaqlar dəri xəstəliklərindən əziyyət çəkir. Türkiyəli dermatoloların fikirincə, bu hal uşaqlarda doğumdan etibarən mövcud ola bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dəri xəstəliklərində genetik faktorlar da önəmlidir. Bundan əlavə göbələk tipli xəstəliklərdən və ya ayaq dabanında olan dəri problemlərindən uzaq olmaq üçün ayaqqabıdan tutmuş ortaq istifadə edilən bəzi əşyalara kimi diqqətli olmaq vacibdir.

İnsanları narahat edən dəri problemlərindən biri dəri quruluğudur. Dəri quruluğu pul-pul soyulma, kəpəklənmə, çatlaqlar və qaşınma ilə özünü göstərir. Daha çox insan yaşlaşdıqca ortaya çıxır.

Dəri quruluğuna səbəb olan faktorlara isti su, yuyucu maddələr, küləyə çox məruz qalmaq, ətraf mühitin çirkliliyi, isidicilərin otaq havasını qurutması və s. aid edilir. Bundan başqa metabolik pozğunluqlar, qalxanabənzər vəzinin yetərincə işləməməsi, çox çəki itkisi və düzgün qidalanmamaq da dəri quruluğuna səbəb olur.
Dəri quruluğu olan insan istifadə etdiyi kremlərin tərkibinə diqqət etməli və həmin kremləri dəri tipinə görə seçməlidir.
Dəri quruluğunun həlli üçün düzgün qidalanmaq və bol su içmək vacibdir. Xüsusən çox meyvə və tərəvəz qəbul olunmalı, maye yağlardan istifadə edilməlidir.
Günəşin təsirindən qorunmaq üçün kremlərdən istifadə edilməlidir. Əllər mümkün olduqca az yuyulmalıdır.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın