Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Şou Biznes / “Dərəçiçək” MTK millətin canını boğazına yığıb – “10 ildən artıq müddət keçməsinə baxmayaraq”…

“Dərəçiçək” MTK millətin canını boğazına yığıb – “10 ildən artıq müddət keçməsinə baxmayaraq”…

Yasamal rayonu Şərifzadə küçəsi 571- ci məhəllədə yaşayan bina sakinləri “Dərəçiçək” MTK -dan “Qafqazinfo”ya şikayət ediblər.

Sakinlər bildirib ki, bina 2005-ci ildə tikilməyə başlayıb və 10 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti şirkəti mənzil sahibləri ilə bağlanmış müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Hazırda binada 20-dən çox ailə yaşayır:

“Binada lift olmadığı üçün 9-cu mərtəbədən hər gün qucağımızda körpə uşaqlarla pilləkən qalxıb düşməli oluruq. Tutacaqlar qoyulmayıb, lazım olan komunal xətlər (elektrik enerjisi, su və qaz xətləri) çəkilməyib. Bina sakinləri öz vəsaitimiz hesabına elektrik enerjisi və su xətlərini çəkmişik. Binanın mansar qatı deyilən hissə təmir edilmədiyində yağan yağış və qar suları yuxarı mərtəbələrdən pilləkənlərlə, şaxtalarla aşağıya qədər axır və mənzillərə həddindən artiq ziyan vurur. Həmin yağış suları binanın dayanıqlığına da pis təsir göstərib. Dərəçiçək MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Hətta binanın mənzillərinin bir neçə adama satılması ilə bağlı da faktlar var”.

Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, cavab verən olmayıb. Hətta İlham Əliyevin sərəncamı ilə Azərbaycanın və Dağıstanın xalq artisti Azər Zeynalova hədiyyə edilən ev də Hacıbala Abutalıbovun göstərişi ilə sözügedən binadan verilib.

“Qafqazinfo”nun əməkdaşı məsələyə aydınlıq gətirmək üçün “Dərəçiçək” MTK-nın rəhbəri Rauf Əliyev ilə əlaqə saxlayıb. MTK rəhbəri bildirib ki, hazırda maliyyə çətinlikləri var. Lift üçün şirkətlərlə danışıqlar aparılır və yaxın zamanda problemlər həll olunacaq.

Həmçinin oxuyun

Nazənin izləyicisini polisə verir

Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək. “Qafqazinfo” xəbər verir ki, …

Bir cavab yazın