Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Coşqun Rəhimovun vəziyyəti yenidən pisləşdi

Coşqun Rəhimovun vəziyyəti yenidən pisləşdi

Əməkdar artist Coşqun Rəhimov yenidən müalicəyə başlayıb.

Bu haqda “Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov Sia.az-a xəbər verib:

“Coşqun bu günlərdə növbəti dəfə öz müalicəsi çərçivəsində radioaktiv yod qəbul edib. Yüksək peşəkarlığa görə Milli Onkologiya Mərkəzinin əməkdaşlarına “Bu şəhərdə” komandası adından təşəkkür edirəm. Coşqun artıq ev şəraitində müalicəsini davam etdirir. İnşallah, bir neçə günə məşqlərimizə başlayacağıq”.

Qeyd edək ki, C.Rəhimov ötən il üçüncü dəfə əməliyyat olunmuşdu.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın