AzNews.az xəbər verir ki, bu barədə aktyor “The Sunday Times” nəşrinə müsahibəsində deyib.

“Mən kinoya kifayət qədər çox çəkilmişəm və bilirsiniz, mənim artıq 56 yaşım var. Mən daha qızların xoşuna gələn oğlan deyiləm”, – deyə o bildirib.

Kluni və onun biznes tərəfdaşları iyunda tekila (Tünd spirtli içki) istehsalı ilə məşğul olan “Casamigos” birgə müəssisəsini 1 milyard dollara satıb.

“Mən aktyor peşəsi ilə hesablarımı ödəmək üçün məşğul olurdum, lakin tekila istehsal edən şirkəti 1 milyard dollara satdıqdan sonra artıq pula ehtiyacım yoxdur!”, – deyə Kluni bildirib.

Bununla yanaşı aktyor maraqlı layihələrdə iştirakını istisna etməyib.