Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Çörəyi itin ağzından alıb, özüm yedim” – Əsir düşərgəsində olmuş azərbaycanlının xatirələri – VİDEO

“Çörəyi itin ağzından alıb, özüm yedim” – Əsir düşərgəsində olmuş azərbaycanlının xatirələri – VİDEO

Bu gün faşizm üzərində qələbədən 72 il ötür. Müharibə zamanı xeyli azərbaycanlı sovet ordusunun tərkibində almanlara qarşı vurub. Onların əksəriyyəti döyüşlər zamanı göstərdikləri cəsarətə görə müxtəlif medal və ordenlərlə təltif olunublar. Bununla yanaşı, Sovet ordusunun tərkibində vuruşan xeyli sayda azərbaycanlı faşistlərə əsir düşüb, işgəncələrə məruz qalıblar.

Malik Qurbanov 1923-cü ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. Böyük Vətən müharibəsi başalayan zaman Sovet ordusunun tərkibində cəbhəyə göndərilib. Bu zaman alman qoşunları M.Qurbanov da daxil olmaqla, 200 minə yaxın sovet döyüşçüsünü mühasirəyə aldıqdan sonra əsir götürüblər. Onlar dözülməz işgənclərə məruz qalıblar. Daha sonra M.Qurbanov amerikan, italyan və ingilislərin əsarətində olub. 1946-ci ildə əsirlikdən evə qayıdıb.

Partizan hərəkatının lideri, “Mixaylo” təxəllüsü ilə tanınan Mehdi Hüseynzadə ilə görüşüb. Həmçinin İkinci Dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı olan Fətəli bəy Düdənginski ilə alman əsirliyində olarkən söhbət edib. İtaliyanın faşist lideri Benito Mussolininin edamına şahid olub. Əsirlikdən qayıtdıqdan sonra isə düşmənə işləməkdə şübhəli bilinərək, Sibirə sürgünə göndərilib. 6 il də sürgün həyatı yaşayıb.

Qeyd edək ki, Neftcalanın təkcə Xıllı kəndindən 196 nəfər azərbaycanlı Böyük vətən müharibəsinə iştirak edib, həlak olub və əsir götürülüblər.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın