Ana səhifə / Şou Biznes / Cocuq Mərcanlıda yeni həyata başlayıb- VİDEO

Cocuq Mərcanlıda yeni həyata başlayıb- VİDEO

Onlar artıq doğma kəndlərində, yeni evlərindədirlər. İndi onlar 24 il sonra Cocuq Mərcanlıya qayıtmağın sevincini yaşayırlar. Olduqca xoşbəxt və həyatlarından məmnundurlar. Əməkdaşlarımız 5 gündür kənddə yaşayan ailələrdən birinin qonağı olub.

Kəndlərinə qayıdanların dədə-baba torpaqlarında üzləri gülür, çünki ailələri ilə birlikdə doğma torpaqlarında yeni həyata başlayıblar.
Xudiyevler ailəsi könüllü olaraq Cocuq Mərcanlıya gələn ilk ailələrdəndir. 10 ildir ailə həyatı quran Zaur Xudiyev ailəsi ilə birgə uzun müddət Bakının Nərimanov rayonunda inzibati binaların birində yaşasa da, indi doğulduğu kənddədir.

Ailə üzvləri mənzildə hər cür şərait yaradıldığını deyirlər. Evlərinin 24 saat fasiləsiz olaraq qaz, isıq və su ilə təmin olunması onların işlərini xeyli rahatlaşdırıb.
Kəndlərini bu vaxtadək ancaq televizorda görən azyaşlılar da indi öz kəndlərinin sakininə çevriliblər.

Cocuq Mərcanlıda tikilən 100 şagird yerlik məktəb də yeni dərs ilinə tam hazırdır. Məktəbdə artıq qeydiyyata düşənlər də var.
Pedaqoji kollektivin işə götürülməsi isə davam edir. Həm Cocuq Mərcanlıdan, həm də ətrafdakı yaşayış məntəqələrindən müəllimlər işə görə müraciət ediblər. Çatışmayan müəllimlər isə müsabiqə yolu ilə işə götürüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın