Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Cocuq Mərcanlıda vəhdət namazı

Cocuq Mərcanlıda vəhdət namazı

Dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cocuq Mərcanlı məscidini ziyarət edərək orada vəhdət namazı qılıblar.
Publika.az xəbər verir ki, Cocuq Mərcanlı məscidinin ziyarəti Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib.
Prezident İlham Əliyevin göstərişinə əsasən inşa olunmuş Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar vəhdət namazı qılaraq ölkəmizdəki firavanlığın və sülh şəraitinin əbədi olması, eləcə də Qarabağdakı bütün məscidlərimizdə də azan səsinin ucalması üçün dualar ediblər.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın