Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Çıxarım şalvarınızı…” – Azərbaycanlı aktyordan qeyri-etik paylaşım

“Çıxarım şalvarınızı…” – Azərbaycanlı aktyordan qeyri-etik paylaşım

Tanınmış aktyor Ziya Ağanın onu qınayanlarla bağlı sosial şəbəkədə yazdığı status müzakirələrə səbəb olub. 

Aktyor paylaşımında qeyri-etik ifadələr işlədib:

“Bu yaxınlarda eşitmişəm ki, mən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun rəhbərliyi altında işlədiyim üçün məni qınayanlar var. Heyif ki, dəqiq bilmirəm kimdir, amma yəqin ki, anasını tanıyıram. Uzun sözün qısası, kimin nə problemi var, getsin problemini yaşasın. Mən səhnə ilə, peşə ilə məşğulam. Fərq etməz rəhbər kimdir, kimin rəhbəridir. Əlavə olaraq kim istəsə, anası ilə məşğul ola bilərəm”.

Daha sonra aktyor paylaşımın son hissəsində dəyişiklik edib:

“Həmin adamlara səslənirəm, bircə qram ürəyiniz, oğlanlığınız varsa, gəlin üzümə deyin. Mən də bilim kimdir, çıxarım şalvarınızı, şəhərin görmədiyiniz yerlərində gəzdirim sizi”.

Qeyd edək ki, bir müddətdir bir neçə xalq və əməktar artist “AzDrama”nın rəhbəri Azər Paşa Nemətovu tənqid edərək onu köhnə fikirlilikdə, yeniliyə açıq olmamaqda ittiham edir.

Yenisabah.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …