Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Cinsi azlıqların həbsxana şəraiti – Azərbaycanda vəziyyət nə yerdədir?

Cinsi azlıqların həbsxana şəraiti – Azərbaycanda vəziyyət nə yerdədir?

Homoseksualların, yaxud da transseksualların həbsxanada saxlanılması qaydaları təkcə Azərbaycanda yox, bütün dünyada insan hüquqları təşkilatlarının daima diqqət mərkəzində olub.

Gəldiyimiz nəticə ondan ibarətdir ki, ölkəmizdə də olan və məhkum həyatı yaşayan cinsi azlıq nümayəndələri qaldıqları həbsxanadakı onlara yaradılan şəraitdən tam razı deyillər. Onların əsas narazılığı isə öz normal həmcinsləri ilə birlikdə eyni kamerada saxlanılmamalıdır.

Kristina Demirkol adlı transeksual saytımıza müraciətində bir il ərzində təkadamlıq kamerada saxlanıldığını və bundan dərin mənəvi sarsıntı keçirdiyini bildirib.

Məsələnin ciddiliyini nəzərə alaraq mövzu ilə bağlı qısa bir araşdırma apardıq.

Əsas sual isə budur: cinsi azlıqlar həbsxanalarda hansı şəraitdə saxlanılmalıdır?

Avropa İnsan Hüquqları Məhkəməsinin Türkiyədən olan bir məhkumun müraciəti əsasında çıxardığı qərar bu mənada çox mühüm əhəmiyyətə sahibdir. Belə ki, 8 ay birnəfərlik kamerada qalan məhkum bununla da onun ləyaqətinin alçaldığını hesab etmiş. Türkiyə hüquq-mühafizə orqanları bunu məhkumun təhlükəsizliyini təmin etmək üçün etdiklərini bildirmişdi. Avropa Məhkəməsi isə məhkumun təkadamlıq kamerada saxlanılmasını onun həyatını qorumaq yox, cinsi ayrı seçkilik olması nəticəsinə gəlmişdir. (X – Türkiyəyə qarşı, Qərarın nömrəsi: 24626/09)

Avropa Məhkəməsinin bu qərarından sonra məsələ Türkiyə gündəmindən düşmədi. Nəhayət, İzmi şəhərində cinsi azlıqlar üçün ayrıca br həbsxananın yaradılması qərara alınır. 2017-ci ilə ərzində həmin həbsxananın tikintisinin başa çatdırılacağı nəzərdə tutulur. Yəni bundan sonra Türkiyədə cinsi azlıqlar xüsusi həbsxanada məhkum həyatı yaşayacaqlar.

Avropa İnsan Hüquqları Məhkəməsinin gəldiyi yekun nəticə ondan ibarətdir ki, cinsi azlıq nümayəndələri heç vaxt təkadamlıq kameralarda saxlanıla bilməz.

Vəkil Sadiq Əfəndiyev hesab edir ki, Azərbaycanda istər tutulmuş və ya həbs edilmiş, istərsə də məhkum olunmuş şəxslərin saxlanması rejimi qanunla müəyyən edilir:

“Hazırda bu məsələlər həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. İnsan hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi, insanın onun şəxsiyyətinə hörmətini təmin edən şəraitdə saxlanması hər iki qanunvericilik aktının əsas məqsəd və vəzifələrindəndir. Hazırda qanunvericilik saxlanılan şəxsləri bir sıra əlamətlər üzrə müxtəlif kateqoriyalara ayıraraq onların bir yerdə saxlanmasını qadağan edir. Məsələn, qadınlar kişilərdən, yetkinlik yaşına çatmayan şəxslər yaşlılardan ayrı saxlanılır. Lakin qanunvericilikdə transseksualların saxlanma rejimi, o cümlədən onların öz həmcinsləri ilə birlikdə yaxud ayrılıqda saxlanması barədə ayrıca qayda nəzərdə tutulmamışdır. Bununla belə cəzaların icrası ilə bağlı qanunvericiliyin ümumi tələbinə görə müxtəlif kateqoriyalı məhkumlar bir-birindən ayrı saxlanmalıdır”.

“Bu baxımdan hesab edirəm ki, fərqli seksual oriyentasiyaya malik transeksuallar qanunvericiliyin nəzərdə tutduğu mənada xüsusi kateqoriya şəxslər qrupuna aiddir və onların da ayrı saxlanması təmin edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, transseksualların öz normal həmcinsləri ilə birlikdə saxlanması nəticəsində meydana çıxa biləcək xoşagəlməz hallar, məsələn onların cinsi zorakılığa və cəmiyyətmizdə onlara qarşı mövcud olan mənfi-emosional münasibət zəminində fiziki zorakılığa məruz qalması, eləcə də bu cür şəxsləri öz cinsinə təhqir hesab edən normal kişilərin bu cür şəxslərlə birlikdə qalmaqdan mənəvi iztirablar keçirməsi və s. qanunvericiliyin yuxarıda istinad olunan məqsəd və vəzifələrinə uyğun deyildir”, – Hüquqşünas əlavə etdi.

Mövzu ilə bağlı Azərbaycanda cinsi azlıqların hüquqlarını müdafiə edən “Gender və Tərəqqi” təşkilatı ilə əlaqə saxlasaq da, qrumun rəhbərliyi açıqlama verməkdən imtina etdi.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın