Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “CinemaPlus” kinoteatrında “Respublika Günü” festivalı keçirilib – FOTO + VİDEO

“CinemaPlus” kinoteatrında “Respublika Günü” festivalı keçirilib – FOTO + VİDEO

Respublika günü – Azərbaycanda hər il mayın 28-də qeyd olunan milli bayramdır. Bu bayram Azərbaycan xalqının tarixində ən parlaq səhifələrindən biridir və bununla əlaqədar “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi festival təşkil edib.

Azinforum.az  xəbər verir ki, milli geyimdə iştirak edən zərb alətləri ifaçıları “CinemaPlus” kinoteatrlar şəbəkəsinin işçiləri ilə birlikdə milli musiqinin sədaları altında kinoteatrın foyesi və “28 Mall” ticarət mərkəzində yürüş edərək xeyli rəqs ediblər. Festival, həmçinin Bakı şəhərinin mərkəzi yerləri üzrə davam etdirilib və “Cinemaplus Azerbaijan” kinoteatrında başa çatıb.

Yürüşə qoşulan insanlar isə böyük həvəslə iştirak edərək çoxlu sayda yaddaqalan foto və selfi çəkdiriblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın