Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Çimnazda olan hamıda var, ola bilər ki, onda bir az…” – Əli Mirəliyev

“Çimnazda olan hamıda var, ola bilər ki, onda bir az…” – Əli Mirəliyev


“Vallah Çimnaz Sultanovanı tanımıram. Amma onun indi “Çimnazla yataqda” verilişi haqda danışırsınız. Düşünürəm ki, artıq hər şey açıq-aşkardır. Doğrusu, mən Azərbaycan telekanallarına baxmıram, ancaq internet televiziyalarına, bir də Rusiya kanallarına baxıram”

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Müğənni Çimnaz Sultanovanın yeni verilişini sərt tənqid edib: 

“Mənim bir dostum var idi, adı İsrail Kərimov idi. Gözləri görmürdü, amma gözəl mahnılar ifa edirdi. O, İmişli rayonundandır. Mənə demişdi ki, “Əli, vaxt gələcək erotik filmləri televiziyada göstərəcəklər”. Deyirdim ki, qardaş, ola bilməz. İndi siz bu veriliş haqda mənə deyəndə İsrail yadıma düşdü. Deyirdi ki, televiziyada söyüş də söyəcəklər. Bu artıq axirətin əlamətləridir. Çimnazda olan hamıda var, ola bilər ki, onda bir az aşağı-yuxarıdır. Burda qeyri-adi nə var ki. Məncə, o, populyar deyil ki, özünü bu yolla populyar etməyə çalışır. Vallah bunlar hamısı bir-birinə oxşayır, burunlarını kəsdiriblər, üzlərini dartdırıblar, deyə tanıya bilmirəm. Elə bil internat uşaqları, əkizdirlər”. 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …