Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Şou Biznes / “Ciddi insanlar “Maşın şou”da iştirak etmək istəyirlər, təəccüblənirəm” – Murad Dadaşov

“Ciddi insanlar “Maşın şou”da iştirak etmək istəyirlər, təəccüblənirəm” – Murad Dadaşov

Əməkdar artist Murad Dadaşov həyata keçirəcəyi yeni layihələrdən danışıb.

Musavat.com saytına açıqlama verən aktyor “Maşın” realiti-şousunun may ayında start verəcəyini bildirib: “May ayından “Maşın” şounun növbəti sürəti ilə ekranlara gələcəyik. Çox maraqlı ad fikirləşmişik. Tam təsdiqlənəndən sonra mütləq açıqlayacağam. Ənənəvi olaraq media nümayəndələrini bir araya toplayıb, təntənəli təqdimat edəcəyik. Ən maraqlı məsələ ondan ibarətdir ki, bu dəfə şouda tam fərqli ulduzlar iştirak edəcək. “Maşın”da iştirak etmək üçün mənə bir-iki adam zəng vurdu. Sizə deyim ki, çox təəccübləndim. Çünki onları ciddi biri kimi tanıyıram. Mənə dedilər ki, realiti-şouda iştirak etmək bizim arzumuzdur. Onların adlarını eşidəcəksiniz. Müğənni və aktyor deyillər. Söhbət tam ciddi janrdan gedir. Media nümayəndələridir. Bir sözlə “Maşın” bu dəfə “partladacaq”.

Əməkdar artist “Mərc şou”nun da tezliklə efirdə qayıdacağını açıqlayıb: “Böyük məmnuniyyət və istəklə “Mərc şou”nu bərpa edəcəyəm. Hətta, yeni televiziya mövsümündə, sentyabr və ya oktyabr aylarında şounu efirdə görəcəyik. “Mərc şou”nun 3 aparıcısı olacaq. Onlardan 2-si oğlan, biri isə xanımdır. Çox fərqli insanlardır. Biz artıq onlarla danışıqlara başlamışıq.

Bu ailəvi şoudur və 2 saat davam edəcək. Veriliş canlı yox, çəkilib efirə veriləcək”.

Qeyd edək ki, “Mərc şou” MGP-nin ilk layihəsidir və 2003-2005-ci illərdə yayımlanıb.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …