Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Chevrolet”dən maşın aldı, başına bəla oldu – Şirkət isə…

“Chevrolet”dən maşın aldı, başına bəla oldu – Şirkət isə…

“Chevrolet Azərbaycan” şirkətindən aldığı və qısa müddət sonra xarab olan avtomobil 1 ildir ki düzəlmir. Bu barədə “Qafqazinfo”ya Ziya Səfərəliyev müraciət edərək məlumat verib.

Z.Səfərəliyev bildirib ki, aldığı avtomobil zəmanət müddəti başa çatmamış xarab olub: “2013-cü ilin may ayında “Chevrolet” şirkətinin Zərdabi küçəsində yerləşən salonundan təxminən 14 min manata “Aveo” modelindən aldım. Avtomobilin 100 min kilometr və ya 3 illik zəmanəti var. 2015-ci ilin may ayında maşında problem yarandı, ABS-in işıqları yandı. Bu vəziyyətdə maşını sürmək təhlükəlidir. Maşını apardım servisə, orada məni bir aydan çox süründürdülər”.

Ziya Səfərəliyev qeyd edir ki, hər dəfə servis işçiləri maşına bir diaqnoz qoysalar da, yenə də problem düzəlmir:

“Əvvəl dedilər ki, proqramla bunu siləcəyik, düzələcək. Sildilər, 2 gün sürdüm, yenə işıq yandı. Qaytardım özlərinə, dedilər bunda sensor (“datçik”) problemidir. Onu da dəyişdilər, bir neçə gün sonra yenə işıq yandı. Bir də apardım, bu dəfə də dedilər yox, problem “datçik”lik deyil. Onu çıxarıb köhnə, maşının üstndəki “datçik”i yerinə qoydular. Bu dəfə dedilər ki, maşının pedalında əyrilik var. Mən motor ustalarının yanına göndərdilər. Təxminən 1 həftə fə maşın orda qaldı. “Motorist”lər yoxladılar, dedilər əyrilik yoxdu.

Mən təzədən servisə qayıtdım, oranın əməkdaşları dedilər proqramla düzəldəcəyik. Nəsə etdilər, yenə alınmadı. Axırda vatomobilin “body” deyilən hissəsini, beynini dəyişdilər. Bunan sonra 5 ay maşın işlədi. 2015-ci ilin dekabr ayında yenə işıq yandı, servisə apardım. Bu dəfə dedilər yəqin təkərdə boşluq var, biraz da onu qurdaladılar. Dedilər hə düzəltdik, get sür. Hətta onun üçün 10 manat da aldılar məndən. Bir həftə keçdi, yenə işıq yandı. Yanvarın 12-də bir də maşını servisə apardım. Mənə heç kim cavab vermədi, iki saat gözləyəndən sonra dedilər ki, “datçik”i dəyişmək istəyirik, amma sənəddə göstərilir “datçik” dəyişib. Mən də izah etdim ki, özünüz də bilirsiz, təzə “datçik”i çıxarıb götürdünüz, bunda elə köhnəsidir. Dedilər hə bilirik, amma o sənədə vurulmayıb. Sənəddə yazılıb ki, sizin maşına yeni “datçik” qoyulub”.

Şirkət əməkdaşı bu ilin yanvar ayında Z.Səfərəliyevin təkrar müraciətinə artıq qiymətləri bahalaşdığını və zavoddan ehtiyat hissələrinin verilmədiyini deyib: “Şirkətin işçisi deyir ki, zavod daha bizə detalları vermir, indi çox bahalaşıb. Bir ehtiyat hissəsini iki dəfə ala bilmərik. İki-üç gün də gözləyin, görək nə edə bilərik. Bundan sonra zəmanət şöbəsinə müraciət etdim, nömrəmi götürdülər. Amma hələ də xəbər yoxdur”.

Vətəndaş Ziya Səfərəliyev hələ zəmanət müddəti başa çatmayan maşının tam formada təmir edilməsini istəyir: “Əgər düzəlmirsə, mənə yeni maşın versinlər. Ya da normal formada düzəltsinlər. Bu maşının hələ bu ilin may ayına kimi zəmanəti var. Amma bir ildir bu şirkətin servisi məni süründürür”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın