Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Ceceli ilə Çinarə bir arada – Sevgililər günündə…

Ceceli ilə Çinarə bir arada – Sevgililər günündə…

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli İstanbulda konsert verib. “Qafqazinfo” xəbər verir ki, Bostançı Şou Mərkəzində baş tutan musiqili gecədə azərbaycanlı müğənni Çinarə Məlikzadə də çıxış edib.

Ceceli ilə Məlikzadə duet oxuduqları “Vurulmuşam o yara” mahnısını ifa ediblər. Çinarə konsertdən çəkilən fotoları səhifəsində paylaşıb.

O, paylaşıma “Həyatımda görmədiyim xoşbəxtliyi mənə yaşatdığınız üçün sizə sonsuz təşəkkürlər, qiymətlim” şərhini yazıb.

Qeyd edək ki, musiqili gecə Sevgililər günündə baş tutub.




Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …