Cümə , Dekabr 2 2022
Ana səhifə / Şou Biznes / Cavanşir Məmmədov qalmaqallı geyimindən danışdı: “Qiyməti 350 avrodur”

Cavanşir Məmmədov qalmaqallı geyimindən danışdı: “Qiyməti 350 avrodur”

“Qalmaqallı müğənni deyiləm. Deməli, 5 müğənninin adını çəkiblər ki, üzlərinə gel vurdurublar. Yaxşı ediblər! Beşi yox, lap milyon beşi vurur, sənə nə var? Dediklərinin elə 3-ü Əməkdar artistdir. Sən burnunu, qulağını kəsdirirsən, biz heç nə demirik”.

Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Xəbər-ətər” proqramında deyib. O, tamaşaçı qarşısına baxımlı formada çıxdığını bildirib:

“Saçımı düzətdirməliyəm, rəng də qoymalıyam, dırnağımı da təmizləməliyəm, kostyumla qalstukum düzgün gəlməlidir. Belə olmadığı halda aparıcı məni niyə qonaq çağırmalıdır? Bunları tamaşaçıya görə edirəm. Bağçama daş atırsan, mən də səsimi çıxaranda ki, danışsam pis olacaq, o zaman xətrinə dəyir. Niyə? Döymə taxta qapımı, döyməyim dəmir qapını”.

Aparıcı isə Cavanşir Məmmədovun verilişlərin birində geyindiyi transparan geyimindən sonra adının qalmaqallarda hallandığını deyib. Sənətçi isə bu məsələyə belə cavab verib:

“O köynəyin üstündə transparan yazılmışdı? Xeyr, onu Almaniyadan almışdılar. Qiyməti 350 avrodur. Dedilər ki, onu məhkəməyə verin, 10 min avro təzminat ödəsin”.Axşam.az

Həmçinin oxuyun

“İndi sirr qalsın, amma…” – Könül Kərimova

“Bizlər meydanı boş buraxanda, bayağı musiqilər, mahnılar ortalığa çıxır. Onlar yaranmış boşluqdan istifadə edirlər. Biz …