Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Şou Biznes / “Cavanşir Məmmədov nəslimdən üzr istəməsə…” – QALMAQAL

“Cavanşir Məmmədov nəslimdən üzr istəməsə…” – QALMAQAL

Əməkdar artist Cavanşir Məmmədovun başı qalmaqallardan açılmır. Onun bu günlərdə yayılan borc qalmaqalına yeni biri də əlavə olunub.

7Times.az ın xəbərinə görə, Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi olduğunu iddia edən Kemal Mustafa İbil verilişlərdən birinə çıxaraq kömək istəyib. Əməkdar artist Mustafanın ondan külli miqdarda pul aldığını söyləyib. Mustafa isə pulları özünün yox, Xatirənin aldığını iddia edib. Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbilin onu aldatdığını bildirib.

Cavanşir Məmmədov qaynar müzakirələrə qatılan yaşlı qadına “Nə gündəsən? Gözlərinə göy çəkmisən, ayıb olsun” deyib. Bundan sonra həmin qadın müğənnini məhkəməyə verib.

“Millət mənim gözüm üçün ölür. Mən qadınam, bəzənirəm, Cavanşir paxıllıq edib, təhqir etdi. Cavanşir hamının gözü önündə məndən və nəslimdən üzr istəməsə, bağışlamayacam, sona qədər də haqqımı tələb edəcəyəm. O, məni təhqir edib”, – qadın bildirib.

Cavanşir Məmmədov isə buna cavab olaraq çox qəzəbli şəkildə “demişəm, çox əcəb eləmişəm” deyib.

O, qadlna doğru hərəkət edərək, onu hədələyib, əl qaldırmaq istəyib, yaranmış qalmaqalın daha da şiddətlənməməsi üçün digər tamaşaçılar onları ayırıblar.

Həmçinin oxuyun

“Heç biri onunla vidalaşmağa gəlmədi” – FOTO

“Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!”. Axşam.az bildirir ki, bu sözləri …