Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Şou Biznes / Cavanşir Məmmədov: “Flora-İlhamə cütlüyü üzdə göründüyü kimi düşmən olmayıblar”

Cavanşir Məmmədov: “Flora-İlhamə cütlüyü üzdə göründüyü kimi düşmən olmayıblar”

Əməkdar artist Cavanşir Məmmədov sensasiya sayılacaq açıqlamalar verib. Bu gün “Xəzər” TV-də “Qonaq var” verilişində müsafir olan ifaçı bir çox sirlərin üstündəki pərdəni götürüb. 


Cavanşir Məmmədov xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, qocaman müğənni Əli Mirəliyev və dirgər sənət adamları haqda şok sayılacaq açıqlamalar verib. Onun uzun illər konfliktdə olan, dəfələrlə bir-biirlərinin ünvanına təhqirlər yağdıran, Flora Kərimova və İlhamə Quliyeva haqda dedikləri isə tamaşaçıların təəccübünə səbəb olub. Əməkdar artistin sözlərinə görə, Flora-İlhamə cütlüyü üzdə göründüyü kimi düşmən olmayıblar. 


“Flora Kərimova mənim bibim qızıdır. Biz yaxın qohum, ailəvi dostuq. İlhamə Quliyeva ilə işlədiyimi Flora xanım da bilirdi. Amma buna görə heç vaxt mənə irad tutmayıb. Əksinə, həmişə arxada İlhamə Qliyevanı tərifləyib. Flora xanım dəfələrlə mənim yanımda deyib ki, İlhamə istedadlı müğənnidir, onun gözəl səsi var. Hər ikisi böyük sənətkardır”, – deyə Cavanşir Məmmədov sözlərini tamamlayıb. 

Həmçinin oxuyun

Nadir Qafarzadəyə ağır itki üz verib

Müğənni Nadir Qafarzadəyə ağır itki üz verib. İfaçı bildirib ki, bacısı Müqbilova Sərfinaz Əziz qızı …