Çərşənbə axşamı , Mart 2 2021
Ana səhifə / Şou Biznes / Cavanşir Məmmədov: “Bir adam gəlib soruşmur ki, müğənnilər, sənətçilər nə ilə dolanırlar?”

Cavanşir Məmmədov: “Bir adam gəlib soruşmur ki, müğənnilər, sənətçilər nə ilə dolanırlar?”

“Bir adam gəlib soruşmur ki, müğənnilər, sənətçilər nə ilə dolanırlar?  Bir ildir ki, nə toy var, nə də bir şadlıq! Millət acından ölür, bizim insanların bir çoxu toydan dolanır. Nəinki biz sənətçilərin, mebel dükanlarında işləyənlərin, şadlıq evlərində çalışanların, zərgərlərin, aşbazların, hətta avtomobil kirayə verənlərin də bir çoxunun qazancı toylardan çıxır. O gün eşitmişəm ki, Faiq Ağayev qarajını satır. Yaxşı, bu gün əlimizdəkiləri satıb qurtarsaq, bəs sabah nə edəcəyik? Bunu Mədəniyyət Nazirliyi, Sosial Müdafiə Fondu tənzimləməlidir! Çağırmalıdır müğənnini soruşmalıdır ki, 1 ildir toylar yoxdur, sən nə ilə dolanırsan? Nə problemin var? Bunu edən yoxdur!”

Bunu əməkdar artist Cavanşir Məmmədov deyib. Sənətçi daha sonra əlavə edib.

“Millət vəkillərimizdən bir neçəsi çıxıb deyir ki, onlayn toy edin! Ay qardaş, sənə qurban kəsim, bu pul köçürmə deyil, gedib dükandan bazarlıq etmək deyil ki, deyəsən ki, pul ödədim, aldım. Bu nə dərəcədə doğrudur?! Toy və yas onlayn olmur! Əvvəl toyda 12-14 nəfər bir yerdə otururdusa, indi də 5-6 nəfər məsafəli şəkildə otura bilər. Üstəlik də toyda hamı bir yerdə oynamır ki. Maska taxdır camaata, dezinfeksiya məhlulları ilə hamını təmizlə və restoranları aç! Nəyə görə 146 milyonluq Rusiyada toy olur, Azərbaycanda olmur?!” deyə sənətçi etirazını bildirib.

Cavanşir Məmmədov fəxri ad ala bilməməsindən də şikayətlənib.

“Mən neçə ildir ki, “Əməkdar artist” fəxri adını daşıyıram. Əməkdar artisti Firuzə İbadova ilə 25 ildir duet ortağıyam. Hələ Qafqazda 25 il duet ortağı olan olmayıb! Cavanşir Məmmədov 16 ildir ki, “Əməkdar artist”-dir, 66 yaşı var, buna “Xalq artisti” fəxri adı nə vaxt verilməlidir? 16 il bir adam “Əməkdar artist” qalar? Özü də mənim kimi gündəmdə olan biri. Mən ulu öndər Heydər Əliyevin xeyir-duası ilə sənətə gəlmişəm və onun tapşırığı 16-17 dünya ölkəsinə xarici qastrol səfərlərinə getmişəm. Sənin elə müğənnin var ki, Moskvadan o yana çıxmayıb. Köhnə Mədəniyyət Nazirinə müraciət etmişdim, mənə cavab gəlmişdi ki, araşdırılmalıdır! Müğənnini araşdırırlar? Mən cinayət törətmişəm ki, araşdırılıram? Mən gündə televiziyadayam, araşdırmaq istəyirsənsə bir gün televizora bax, gör mən orada neynirəm! Eşitmişəm ki, yeni Mədəniyyət Nazirimiz deyib ki, fonoqram oxuyanlara niyə fəxri ad verirsiz? Fəxri ada layiq görülən sənətçilər bir daha qeydiyyatdan keçməlidir, özü də canlı ifa ilə” deyə müğənni bildirib. Moderator.az

Həmçinin oxuyun

Bəhram Bağırzadənin sosial şəbəkə hesabı oğurlandı – AÇIQLAMA

Bir neçə saat bundan qabaq “Instagram” sosial şəbəkdəki hesabım oğurlanıb. Bu barədə Oxu.Az-a Bəhram Bağırzadə özü …