Çərşənbə , İyun 3 2020
Ana səhifə / Şou Biznes / “Cavanlıq səhvlərim bir-bir üzə çıxır”

“Cavanlıq səhvlərim bir-bir üzə çıxır”

“Cavanlıq səhvlərim bir-bir üzə çıxır (gülür)”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda deyib.

Canlı efirdə 25 il öncə ifa etdiyi mahnını səsləndirən sənətçi deyib ki, özündə müğənnilik potensialı görmür:
“1995-ci ildə Cavanşir Quliyevin “Məhəbbət olmayanda” mahnısını ifa etdim. Heç kim müğənni olmaq həvəsimi qırmadı. Amma hansısa bir işi görəndə məsuliyyətlə yanaşıram. Anladım ki, canlı konsertlər olmalıdır, bunun da məsuliyyəti böyükdür. Özümdə o potensialı görmədim. Daha çox özümü teatr və film sahəsində gördüm. Düşündüm ki, burada daha çox xeyir verə bilərəm”.

Verilişin aparıcısı Zaur Kamalın ünvanladığı “Hazırda məşhur aktyordur, amma universitet illərində sizi sevirdi. Belə bir hadisə yaşamısınız?” sualına S.İsgəndərlinin reaksiyası belə olub:

“Deyirsiniz bir-bir sirləri açım? (gülür). Təbii ki, elə anları universitet illərində yaşamışam. Amma o barədə danışmayacağam”.

Əməkdar artistdən gözlənilməz açıqlama: "Cavanlıq səhvlərim bir-bir üzə çıxır" - FOTO

Həmçinin oxuyun

Əməkdar artistdən qalmaqallı açıqlama: “Mən “div” doğulmuşam, Aygün isə “diva”dır” – VİDEO

Əməkdar artist Elza Seyidcahan gündəmi çalxalayacaq açıqlamalar verib. ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda …