Şənbə , May 28 2022
Ana səhifə / Şou Biznes / Cavad Rəcəbov: “Həyat yoldaşımla birgə intihar etmək üçün gün təyin etmişdik”​ – VİDEO

Cavad Rəcəbov: “Həyat yoldaşımla birgə intihar etmək üçün gün təyin etmişdik”​ – VİDEO

ARB TV-nin​ “Onun Sirri”​ verilişinin növbəti qonağı ifaçı​​ Cavad Rəcəbov​ olub.

Sənətçi həyat yoldaşı ilə birgə intihar etmək istədiklərini etiraf edib:

“1975-ci ildə dostumla birgə bir ailəyə qonaq getmişdik. Orada indiki həyat yoldaşım Nuranə xanımı gördüm. Dostuma dedim ki, bu qıza vurulmuşam. Ondan telefon nömrələrini alıb zəng etdim. Danışmağa başladıq. Ailəsi xəbər tutdu. Onlar varlı ailə idi, mənsə toylarda nağara ifa edən biri. Mənə xəbər göndərdilər ki, sən hara, biz hara? Bu işdən əl çək, amma biz yolumuzdan dönmədik. Ard-arda hədələndim.

Məni döydürdülər. Ölümlə hədələnirdim, hətta bir dəfə yük maşını ilə mənim idarə etdiyim avtomobilin üstünə sürdülər. Nuranə xanımla qərara gəldik ki, intihar edək. Gün də təyin etmişdik. Ailəsi bu planımızdan xəbər tutdu. Bizə xəbər göndərdilər ki, intihardan əl çəksinlər, biz fikirləşərik. Nəhayət 1981-ci ildə evləndik”.

Həmçinin oxuyun

“Qələt edir! Danışanın dilini kəsərəm, hamısının zir-zibilini bilirəm”

Əməkdar artist Cavanşir Məmmədov aparıcı Lətafət Ələkbərovanın ona ünvanladığı botoks ittihamına sərt reaksiya verib. Oxu.Az-a …