Ana səhifə / Şou Biznes / Canlı yayımda eks-sevgilisini göstərdi – Aləm qarışdı

Canlı yayımda eks-sevgilisini göstərdi – Aləm qarışdı

Seda Sayan Demet Akalın və həyat yoldaşı Ozan Kurtu verilişinə dəvət edib. Akalının bioqrafiyası ilə bağlı verilən sujetdə keçmiş sevgilisi İbrahim Kutluayın göstərilməsi pop ulduzu əsəbiləşdirib. 

“Qafqazinfo” xəbər verir ki, Demet veriliş bitən kimi Seda Sayanı sosial şəbəkədə təqibdən çıxarıb. Bundan sonra, Türkiyə KİV-ləri mövzu ilə bağlı xəbər dərc ediblər.

S. Sayan ötən gün canlı yayıma çıxaraq Demet və ailəsindən üzr istəyib:

“Böyük bir üzr borcum var. Çox sevdiyim, nikah şahidi olduğum Ozan Kurtdan üzr istəyirəm. Komandam adıma üzr diləyirəm. Mən sənin böyük bacınam. Sən də məni qırmadın, verilişimə gəldin. Olanlardan xəbərim olmayıb. Sabaha qədər ağlamışam. İstər qəbul edin, istərsə də, etməyin! Okan həyatımdan çıxacaq sonuncu adamdır. Güman edirəm ki, üzrümü qəbul edər”.

Sedanın üzründən sonra Okan Kurt xanımı Demet Akalının instaqram səhifəsindən açıqlama yayıb:

“Dəyərli dostlarım, Seda xanımın proqramına ailəlikcə qatıldıq. Ailəmizin bir üzvü olan bacımızın yeni proqramına da dəstək olmaq istədik. Elə bildik ki, Seda xanımın sujetdən xəbəri var. Bu hadisədən sonra böyüdüləcək bir şey yoxdur. Montajçılar, texniki işçilər qeyri-peşəkarlıq ediblər. Ürəyi gözəl bacım üzr istədi”.

Qarışılıqlı açıqlamalardan sonra Demet Akalın sosial şəbəkədəki hesabında Seda Sayanı yenidən izləməyə başlayıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …