Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Canavarlar Azərbaycanda dağ başında yaşayan bu ailəyə toxunmurlar – VİDEO

Canavarlar Azərbaycanda dağ başında yaşayan bu ailəyə toxunmurlar – VİDEO

Bir anlıq təsəvvür edək, elektrik enerjisi, mavi yanacaq, nəqliyyat, rabitə, internet olmayan vəhşi təbiət qoynunda nə qədər yaşaya bilərik?

Hətta bunu düşünmək belə insanı qorxudur. Adamın ağlına Robinzon Kruzo filmləri gəlir. Ancaq bu, film deyil. Gerçək həyatdır. Təsəvvür edin ki, qəhrəmanımız uzun illərdir ki, ilin 4 fəslini vəhşi təbiət qoynunda, meşə massivində qarşılayıb, yola salır. Canavarlarla üzbəüz mübarizə aparır. Ən maraqlısı isə odur ki, mümkünsüz, olduqca qəribə, eyni zamanda da maraqlı görünən bu həyat tərzi 65 yaşlı qadının öz seçimidir.

4 oğlu, bir qızı,11 nəvəsi olan Təzəgül Şebelova uzun illər Zaqatala rayonunun Yengiyan kənd Mədəniyyət evində çalışıb. 21 il öncə isə yerli əhalinin Əlikovxalı adlandırdıqları bu ərazidə gözətçi işləyən həyat yoldaşı ilə birgə yeni, fərqli bir həyata başlayıb. Elə öz dili ilə desək, tarixə qovuşan keçmişi öz yaşam tərzində bir daha canlandırır. Lakin daha fərqli şəkildə: “Əvvəl qoyun saxlayırdıq. Canavarlar dağıtdılar. Canavarlarla üz-üzə gəlirik. İlanlar da var. Hər şeyə sinə gəririk. Kənd üçün darıxıram… Əkinçiliklə məşğul oluram. Canavarlar mənə heç nə eləmir”.

Həyat yoldaşının vəfatından sonra qızı və iki nəvəsi ilə birgə yaşadıqları bu ərazi şəhər mərkəzindən 30-35 kilometr, ən yaxın yaşayış məskənindən isə 7-8 kilometr aralıda yerləşir. Kartof, soğan və digər vacib tərəvəz bitkilərini özləri becərən ailə yalnız digər ərzaq, təsərrüfat və geyim məhsullarını almaq üçün vaxtaşırı 7-8 kilometr aralıda yerləşən Dağlı kəndinə üz tuturlar. Meşə massivindən və əkin çöllərindən keçən bu yolu piyada, bəzən də atla keçən Təzəgül xanım və ailə üzvləri dəfələrlə canavar sürüsü ilə də qarşılaşıb. Təzəgül xanımın qızı, 16 və 12 yaşlı nəvələri də yaşıdlarından daha fərqli bu yaşam tərzinə alışıblar. Moti adlandırdıqları it ailənin ən vəfalı qoruyucusu, qırmızı at isə yeganə nəqliyyat vasitəsidir. (ARB Şəki)

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın