Cümə , Fevral 23 2024
Ana səhifə / Şou Biznes / Canana: “Mətanətin nəvələridir, niyə süpürgəçi işləməklə onları saxlamalıyam?”

Canana: “Mətanətin nəvələridir, niyə süpürgəçi işləməklə onları saxlamalıyam?”

“Keçmiş ərim Kərimin xanımı oğlum Tuncayın üzünə qapını açmadığına görə Mətanət xanım onu danlayıb. Mətanət xanım çox peşman olacaq. Mən uşaqlarım üçün mübarizə aparıram. Düzdür, söylədiyim fikirlərə görə qadınlar məni qınayırlar. Onlar yazırlar ki, ana deyilsən. Onlara demək istəyirəm ki, mən övladlarıma görə mübarizə aparıram. Ana olaraq da bu mübarizəmi sona kimi aparacağam. Heç kim bunun qarşısını ala bilməyəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artisti Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Canana sosial şəbəkələrdə hərəkətlərinə görə onu qınayanlara cavab verib:

“Övladlarımın haqqı, şəraiti və rahatlığı nədirsə, mən onu istəyirəm. Analar mənə yazırlar ki, get, süpürgəçi ol… Niyə uşaqlarıma zülm verməliyəm? Xeyr! Bu, Mətanət İsgəndərlinin nəvələridir və mən onlara nəyə zülm verməliyəm? Biri var ki, uşaqlar kasıb ailədə dünyaya gələ… Mətanət xanımın şəraiti də var… Nəyə görə həm mən, həm də uşaqlarım zülm çəkməlidir?! Mən haqqımı tələb edirəm”.

Canana M.İsgəndərliyə görə iş tapa bilmədiyini vurğulayıb:

“Maddi vəziyyətimi düzəldə bilmirəm. Çox çətindir. Adi restorana getdim ki, iş tapım, oxuyum. Dedilər, Mətanət İsgəndərliyə görə götürə bilmərik. Mətanət xanımın adını eşidən kimi mənimlə heç bir iş görmək istəmirlər”. 

Həmçinin oxuyun

“Cəmi 2 ay ailəli olmuşam, məni döyürdü” – Əməkdar artist

“Cəmi iki ay ailəli olmuşam. Toydan 2 ay sonra ayrıldım”. Bu sözləri Əməkdar artist Sevinc …