Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Şou Biznes / “Camaatı diri-diri öldürmək lazım deyil” – Elnarə

“Camaatı diri-diri öldürmək lazım deyil” – Elnarə

Müğənni Elnarə Xəlilova özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Elnarə aparıcı Azər Qəribin karantinin uzadılması ilə bağlı iradını yayımlayaraq fikirlərini bölüşüb. O bildirib ki, yay günlərində evdə oturmaq çətindir:

“Xahiş edirəm, ey bizim ölkənin həkimləri: Birlik göstərmək vaxtıdır. Yığışın bir yerdə bu qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, camaata reseptlərdə vitamin D paylamaq lazım deyil. Camaatı diri-diri öldürmək lazım deyil. Buraxın insanlar Allahın verdiyi halal vitamin D-sini alsınlar günəşdən. Buraxın və nəzarət edin. Baxın, bütün dünya necə karantin edir. Siz də öyrənin. Allahım, sən özün bizə kömək ol. Ay yarımımız qaldı. Bu payıza sağ-salamat çıxa bilək”.

Həmçinin oxuyun

Nura toylar olmadığına görə tikinti şirkətində işə düzəldi — FOTOLAR

Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb.  AZXEBER.COM xəbər verir ki, müğənni bundan sonra …